06:00 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
24301

İtaliyalı mühəndis, avtomobil şirkətinin yaradıcısı Enzo Ferrari 1898-ci ildə Modenada (İtaliya) dünyaya gəlib.

BAKI, 14 avq – Sputnik. İtaliyalı mühəndis, avtomobil şirkətinin yaradıcısı Enzo Ferrari 1898-ci ildə Modenada (İtaliya) dünyaya gəlib.

O, artıq yeniyetmə yaşlarından qızğın avtomobil həvəskarı olub. Birinci dünya müharibəsi illərində Ferrari İtaliya ordusunda qulluq edib. 

Enzo Ferrari özünün parlaq karyerasına Birinci dünya müharibəsinin sonunda başlayaraq, CMN (Costruzioni Meccaniche Nazionali) şirkətinin idman komandasının üzvü oldu. 1920-ci ildə onu pilot və sürücü-sınaqçı qismində Alfa Romeo şirkətinə götürdülər və Enso Ferrari özünün Skuderiya Ferrari adlı yarış komandasını yaratdı. Bu komandanın əsas vəzifəsi idman yarışlarında iştirak edən sürətli Alfa Romeo avtomobillərini təkmilləşdirmək idi. 

1932-ci ilə qədər Enzo Ferrari yarışlarda iştirak etdi, ancaq oğlu Dino Ferrarinin doğumuyla yarışlardan ayrıldı və avtomobil fabrikasıda işləməyə başladı. Fabrikada Ferrari əsasən motorlarının güçsüzlüğü və yüngul idman avtomobillərin təkmilləşdirilməsi üzərində işləməyə başladı. Enzo Ferrarinin yarış avtomobillərini yaratma bacarığı, onu Alfa Romeonun idman avtomobilləri departementinin direktoru vəzifəsinə gətirdi. Ancaq Enzo Ferrarinin imzaladiğı müqaviləyə əsasən,o Alfa Romeodan ayrıldıqdan sonra onun dörd il ərzində avtomobil istehsal etməsi qadağan edilmişdi.

1939-cu ildə onun komandası "Alfa-Romeo" şirkətindən ayrılır və Ferrari "Auto Avio Costruzioni Ferrari" müəssisəsini yaradır. İlk zamanlar müəssisə avtomobillər üçün müxtəlif avadanlıq istehsal edirdi. "Ferrari" adlı ilk avtomobil 1946-cı ildə istehsal olundu. Bu, "Ferrari 125" modeli idi. Əfsanəyə görə, 1921-ci il Ravennadakı qələbədən sonra Ferrarini Barakka qrafına — Birinci dünya müharibəsi zamanı həlak olmuş pilotun atasına təqdim edirlər. Ferrari görüş zamanı qrafinya ilə də tanış olur. Qrafinya oğlunun emblemini avtomobilin üzərinə vurmağı xahiş edir. Beləliklə, bütün avtomobil həvəskarlarının yaxşı tanıdığı şahə qalxmış at emblem yarandı. Əvvəllər Ferrari yalnız yarış avtomobilləri istehsal edirdi. Sonradan isə o, satış üçün idman avtomobilləri də istehsal etməyə başladı.

Enzo Ferrari 90 yaşında Modenada vəfat etdi.

Teqlər:
Ferrari haqqında, Ferrari, Ferrari şirkəti, Enzo Ferrari

Əsas mövzular