01:42 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün

Faşist Almaniyasına qarşı ittifaqın əsasının qoyulması

Tarixdə Bu Gün
Qısa URL
40430

1941-ci il avqustun 14-də ABŞ prezidenti Franklin Delano Ruzvelt və Böyük Britniyanın baş naziri Uinston Çörçill faşist Almaiyası və onun müttəfiqlərinə qarşı razılaşdırılmış mövqe sərgiləmək barədə danışıqları başa çatdırıblar.

BAKI, 14 avq — Sputnik. 1941-ci il avqustun 14-də ABŞ prezidenti Franklin Delano Ruzvelt və Böyük Britniyanın baş naziri Uinston Çörçill faşist Almaiyası və onun müttəfiqlərinə qarşı razılaşdırılmış mövqe sərgiləmək barədə danışıqları başa çatdırıblar.

Danışıqların nəticəsinə əsasən, "Atlantika xartiyası" adını almış birgə bəyannamə qəbul edilir.

8 maddədən ibarət sənəddə ümumi formada müharibənin məqsədləri və dünyanın müharibədən sonrakı quruluşu barədə danışılırdı. Bu razılaşmanın özəlliyi ondadır ki, İngiltərədən fərqli olaraq ABŞ o zaman hələ rəsmi olaraq faşist blokuna daxil olan ölkələrlə müharibə aparmırdı (müharibə yalnız 1941-ci il dekabrın 7-də yaponların Perl-Harbora hücumundan sonra elan olundu). Lakin, prezident Ruzvelt heç vaxt faşistlərlə döyüşən ölkələrə simpatiyasını gizlətmirdi. 

1941-ci il sentyabrın 24-də SSRİ də bu bəyannaməyə qoşuldu. Lakin SSRİ-nin bəyannaməyə xüsusi qeydi var idi. Qeyddə deyilirdi: Xartiyanın prinsiplərinin tətbiqi bu və ya digər ölkənin şəraiti, ehtiyacları və tarixi xüsusiyyətləri ilə uyğunlaşdırılmalıdır.

Teqlər:
faşist Almaniyası, faşist Almaniya, Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Franklin Ruzvelt, ABŞ prezidenti Franklin Ruzvelt, ABŞ prezidenti Franklin Delano Ruzvelt

Əsas mövzular