06:34 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Xəzər dənizi yuxarıdan görünüş

Xəzər günü

sputnik.az
Tarixdə Bu Gün
Qısa URL
17401

12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür.

BAKI, 12 avq-Sputnik. 12 avqust — Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini təmizlik və abadlıq işlərində fəal iştirak etməyə çağırıb.

ETSN-dən Sputnik-ə verilən məlumatda bildirilir ki, nazirlik “Xəzər günü” ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb və həyata keçirəcək.

“Xəzər günü” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq beş Xəzəryanı dövlətlə aparılan danışıqlar nəticəsində qəbul edilib.

2006-cı il 12 avqustda Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust “Xəzər günü” kimi qeyd edilir.

Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası — beş Xəzəryanı dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq, həmçinin “Tehran Konvensiyası” kimi də tanınan Saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına, o cümlədən, bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlib.

“Xəzər günü”nün Xəzəryanı dövlətlərdə hər il qeyd edilməsində əsas məqsəd də dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən, Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Bununla əlaqədar Azərbaycanda da hər il “Xəzər günü”nə xüsusi önəm verilir, Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyyətin nümayəndələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən, təmizlik və abadlıq işləri həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.

Teqlər:
Xəzərətrafı rayonlar, Çərçivə Konvensiyası, Tehran Konvensiyası, Xəzər günü, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər dənizi, Azərbaycan

Əsas mövzular