16:08 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Qəndab Quliyeva

Qəndab Quliyeva

Tarixdə Bu Gün
Qısa URL
5721

Görkəmli müğənnimiz, muğam ustası Quliyeva Qəndab Həbi qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.

BAKI, 10 avq — Sputnik. Görkəmli müğənnimiz, muğam ustası Quliyeva Qəndab Həbi qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.

1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub.

Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs alıb və onun sənətini təkmilləşdirib. 1981 ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-“Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-“Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-“Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-“Vaqif”) rollarını yaradıb.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə — Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olub, Azərbaycan muğam sənətini inkişaf etdirib. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.

Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilib. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyir.

Teqlər:
muğam ustası, Muğam antologiyası, Dövlət və Mədəniyyət Universiteti, Azərbaycan Dövlət və Mədəniyyət Universiteti, Dövlət Opera və Balet Teatrı, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Dövlət Musiqi və İncəsənət Universiteti, Dövlət Musiqi Məktəbi, Azərbaycan Dövlət Musiqi və İncəsənət Universiteti, Azərbaycan Dövlət Musiqi Məktəbi, Nəriman Əliyev, Qəndab Quliyeva, Quliyeva Qəndab Həbi qızı, Dilağarda kəndi, Füzuli rayonu, Füzuli, Azərbaycan

Əsas mövzular