04:05 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Mamuka Kikaleyşvili

Yaramaz

Tarixdə Bu Gün
Qısa URL
2711

Məşhur gürcü aktyoru Mamuka Kikaleyşvili 1960-cı il avqustun 10-da Tiflisdə anadan olub.

BAKI, 10 avq — Sputnik. Məşhur gürcü aktyoru Mamuka Kikaleyşvili 1960-cı il avqustun 10-da Tiflisdə anadan olub.

O, Rustaveli adına Dram Teatrının aktrisası, Gürcüstanın əməkdar artisti Leyla Dziqraşvili və həmin teatrın direktor müavini Andrey Kikaleyşvilinin ailəsində doğulub. 1981-ci ildə Şota Rustaveli adına Tiflis Dövlət Teatr və İncəsənət İnstitutunu bitirən Mamuka aktyorluq təhsili alıb. O, 1984-cü ilədək Marcanaşvili adına teatrda çalışıb. Həmin ildən “Gürcüstanfilm” kinostudiyasında çəkilməyə başlayıb. 

40-a yaxın filmdə rol alan Mamuka 1988-ci ildə Vaqif Mustafayevin "Yaramaz" filminə dəvət alır. Bu ekran əsərindəki Hətəm rolu onu daha da məşhurlaşdırır. Elə bu filmdəki aktyor oyununa görə Mamuka 1988-ci ildə Bolqarıstanın Qabrovo şəhərində keçirilmiş festivalda “Ən yaxşı komediya aktyoru” nominasiyasının qalibi olub. 

Mamuka 1994-cü "Məğlub mələk" filmində özünü rejissor kimi də sınayır.

Qeyd edək ki, Mamuka Kikaleyşvili Azərbaycan rejissorlarının daha iki filmində rol alıb. O, 1990-cı ildə rejissor Cahangir Mehdiyevin çəkdiyi “Girişmə öldürər!” adlı filmində sərnişin və elə həmin Vaqif Mustafayevin 1995-ci ildə ekranlaşdırdığı məşhur “Fransız” filmində müğənni rolunu oynayıb.

90-cı illərin sonunda Gürcüstanı tərk etməli olan M. Kikaleyşvili Moskvaya köçməyə məcbur olub. Mamuka Gürcüstanın eks-prezidenti Zviad Qamsaxurdiyanın dəstəkçilərindən idi. Məhz buna görə, onu həbs də etmişdilər.

Moskvaya köçəndən sonra Mamuka bir sıra filmlərdə rollar alıb. Təzyiqlərə baxmayaraq, sonradan onu bağışlayıblar və Gürcüstanın Rusiyadakı səfirliyində iş veriblər. Mamuka Kikaleyşvili səfriliyin mədəniyyət üzrə attaşesi vəzifəsində çalışıb.

2000-ci il aprelin 26-da Mamukanın həyat yoldaşı Tatyana onu çarpayıda huşsuz vəziyyətdə tapıb. Mamuka yuxu dərmanını həddindən artıq qəbul edibmiş. Həkimlər gürcü aktyoru xilas edə bilməyiblər. Moskvada vəfat etmiş Mamuka Kikaleyşvilini Tiflisdə dəfn ediblər. 

Teqlər:
Fransız filmi, Girişmə öldürər, Məğlub mələk filmi, Yaramaz kinosu, Yaramaz filmi, Yaramaz, Rustaveli adına Dram Teatrının aktrisası, Gürcüstanfilm kinostudiyası, Marcanaşvili adına teatr, Zviad Qamsaxurdiya, Andrey Kikaleyşvili, Leyla Dziqraşvili, gürcü aktyoru Mamuka Kikaleyşvili, Mamuka Kikaleyşvili, Tiflis

Əsas mövzular