22:48 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Atom bombası - Xirosima və Naqasaki

“Kök adam”ın Naqasakini yerlə-yeksan etdiyi gün

slideshare.net
Tarixdə Bu Gün
Qısa URL
26921

Bu gün Amerikanın Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmasından 70 il keçir.

BAKI, 9 avq- Sputnik. Bu gün Amerikanın Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmasından 70 il keçir. İnsanlıq tarixinə qara hərflərlə yazılmış ilk hadisə 1945-ci ilin 6 və 9 avqust tarixlərində verib. Amerikanın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ABŞ rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi.

6 avqust 1945-ci il tarixində ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. 1945-ci ilin sonuna qədər Xirosimada atomdan ölənlərin sayı 140 mini keçmişdi. 

İkinci bomba isə Naqasaki şəhərinə atılmışdı.

Naqasaki Yaponiyanın Kyusu adasının cənubunda Naqasaki körfəzində yerləşən liman şəhəridir.

İkinci Dünya Müharibəsinin sonunda tarixdə yalnız Amerika Birləşmiş Ştatları tərəfindən istifadə edilən atom bombasının ikincisi və sonuncusunun atıldığı Yaponiyanın Naqasaki şəhəri də üzləşdiyi faciəni 70-ci ilini yad edir.

Xirosimaya atılan bombadan 3 gün sonra avqustun 9-da saat 10:45 radələrində Platinyum 239 tipli təyyarə “Fatman” (kök adam) adlı atom bombasını Naqasakiyə atır. “Fatman” 21 min ton TNT-ə malik nüvə reaktoru idi.

Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 mini həyatını itirdi.

Hadisədən 6 gün sonra Yaponiya höküməti qeyri şərtsiz təslim olub. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb. 

Bu gün isə nüvə gücünə malik dövlətlər Xirosima və Naqasakiyə atılan bombaların düz 2500 qat güclüsünü istehsal edə bilir.

Hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir. 

Alimlərin hesablamalarına görə dünya dövlətlərində 3000–dən cox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi bir neçə (ötən əsrin 80-ci illərində cəmi 7)atom başlığı kifayətdir.

1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü kimi tarixə düşüb.

Yaponiya bu il faciənin 70 illiyini beynəlxalq səviyyədə qeyd edir.Rusiya rəsmiləri bu faciələrlə bağlı Yaponiyanın hərbi tribunal yaradılması tələblərinə dəstək verdiyini bəyan ediblər!    

Teqlər:
ABŞ, B29 Enola Gay, little boy, Fatman, Platinyum, bomba, atom, Amerika, Yaponiya, Xirosima atom, Naqasaki, bombardman, Amerika, Yaponiya

Əsas mövzular