15:36 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
52431

Bu gün Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nərimanbəyov Toğrul Fərman oğlunun doğum günüdür.

BAKI, 7 avq — Sputnik. Bu gün Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nərimanbəyov Toğrul Fərman oğlunun doğum günüdür. 

Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.

XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilib. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirib. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib, Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

Filmoqrafiyası

Toğrul Nərimanbəyov (film, 1966) — (qısametrajlı sənədli televiziya filmi)

Qobustan (film, 1967)

Əllər və rənglər (film, 1974)

Dədə Qorqud (film, 1975) — şəkillərin müəllifi (tammetrajlı bədii film)

Dantenin yubileyi (film, 1978) — aktyor (tammetrajlı bədii film)

Rənglərin melodiyası (film, 1981)

Salam, Zeynəb! (film, 1982) — (qısametrajlı sənədli-bədii televiziya film-konserti)

Yeddi gözəl (film, 1982) — geyim rəssamı (tammetrajlı film-balet)

Toğrul (film, 2011)

Teqlər:
Azərbaycanın xalq rəssamı, SSRİ xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatları laureatı, Azərbaycan Rəssamlıq Məktəbi, Toğrul Nərimanbəyov, Azərbaycan

Əsas mövzular