23:15 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Хиросима

İnsanlıq əleyhinə cinayət

© livejournal
Tarixdə Bu Gün
Qısa URL
4101

1945-ci il avqustun 6-da ABŞ hərbi təyyarəsi Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb.

BAKI, 6 avq — Sputnik. 1945-ci il avqustun 6-da ABŞ hərbi təyyarəsi Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb.

Hər şey 1939-cu ildə, Albert Eynşteynin ABŞ prezidenti Ruzveltə almanların atomu parçalara ayırmaqla yeni bir bomba hazırlamağa çalışdıqlarını bildirməsi ilə başladı. Həmin tarixdən etibarən Amerikada minlərlə elm adamı atom bombası hazırlamaq üçün gizli olaraq çalışmağa başladı. “Manhetten“ adı verilən layihəyə ümumilikdə 125 min nəfər cəlb olundu. Bomba ilk dəfə 16 iyun 1945-ci il tarixdə sınaqdan keçirildi.

Atom bombasından Yaponiyanın müharibədə təslim olması üçün istifadə edilməsi qərara alındı. İlk hədəf olaraq Yaponiyanın Trukda yerləşən dəniz limanı seçilmişdi. Lakin Amerikanın yeni prezidenti Harri Truman hakimiyyətə gəldikdən sonra bombanın Yaponiyanın sərhədləri daxilinə atılması haqqında qərar verildi. Yaponiyada psixoloji sarsıntı yaradacaq hədəflərin seçilməsi daha effektiv hesab edildiyi üçün xeyli miqdarda işçi çalışan hərbi zavodlar və ətrafında zavodlarda işləyən fəhlələr yaşayan bölgələr üzərində dayandılar. 13 iyun 1945-ci il tarixdə Xirosima, Niiqata və Kokura seçildi. Naqasaki isə daha sonra həmin siyahıya əlavə olundu.

6 avqust 1945-ci il tarixdə “Enola Gay” adlanan təyyarənin daşıdığı bomba Xirosimaya atıldı. Təxminən 15 min ton dinamit gücünə bərabər bomba şəhərin mərkəzindən 500 metr yüksəklikdə partladıldı. Bomba partlayan anda 50-60 min nəfərin ölməsinə rəğmən 1945-ci ilin sonunadək ölənlərin sayı 140 min nəfərə çatdı.

Dəhşətli hadisədən on illiklər ötüb və Hirosima şəhəri yenidən tikilib. Bombanın atıldığı yerin yaxınlığında yerləşən və xəsarət almayan yeganə binaya Genbaku Dome və ya Atom Gümbəzi adı verilib və bu bina Hiroşimanın Sülh Xatirə Parkının bir hissəsinə çevrilib.

Hər il avqust ayının 6-sı bu şəhərin sakinləri Sülh Xatirə Mərasimini qeyd edir. Bu mərasimdə hücum qurbanlarının xatirəsi anılır və dünyada sülh üçün dualar edilir.

Teqlər:
Xirosima atom, Xirosima atom bombası, atom bombası, Enola Gay təyyarəsi, Enola Gay, 1945-ci il 6 avqust, Ruzvelt, Albert Eynşteyn, ABŞ, Xirosima, Xirosima şəhəri, Yaponiya

Əsas mövzular