02:57 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
İşıqfor

Beynəlxalq İşıqfor Günü

© Sputnik / Aleksandr Kryazhev
Tarixdə Bu Gün
Qısa URL
8711

Yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və trafikin idarə edilməsi lazım olan digər yerlərdə olan yol tənzimləmə vasitəsi olan işıqfor ilk dəfə 1868-ci ildə Londonda parlament binasının qarşısında qoyulub.

BAKI, 5 avq — Sputnik. Bu gün Beynəlxalq İşıqfor Günüdür.

Bu əlamətdar tarix 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində işıqfor qoyulması ilə əlaqədardır. Həmin işıqfor qırmızı və yaşıl rənglərdən ibarət olub, rəng dəyişəndə siqnal verirmiş. 

Lakin əslində yol əlaqələrində, qovşaqlarda, piyada keçidlərinin və trafikin idarə edilməsi lazım olan digər yerlərdə olan yol tənzimləmə vasitəsi olan işıqfor ilk dəfə 1868-ci ildə Londonda parlament binasının qarşısında qoyulub. Onun ixtiraçısı Cey Nayt olub. Bu işıqfor 3 ildən sonra partlayaraq polis nəfərini yaralayıb. Bu hadisədən sonra işıqfor 40 il müddətinə yaddan çıxır. 

Müasir 3 rəngli işıqfor 1920-ci ildə Nyu-York və Detroytun küçələrində quraşdırılıb. 

Teqlər:
işıqfor haqqında, 3 rəngli işıqfor haqqında, 3 rəngli işıqfor, Beynəlxalq işıqfor günü, İşıqfor günü, Cey Nayt

Əsas mövzular