19:11 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Mustafa Topçubaşov

Erməni məkri nəticəsində Nobel mükafatı almayan dahi loğman

iravan.info
Tarixdə Bu Gün
Qısa URL
34321

1895-ci il avqustun 5-də görkəmli alim, cərrah, ictimai xadim Mustafa Topçubaşov (1895-1981) İrəvan yaxınlığında Göykümbət kəndində anadan olub.

BAKI, 5 avq — Sputnik. 1895-ci il avqustun 5-də görkəmli alim, cərrah, ictimai xadim Mustafa Topçubaşov (1895-1981) İrəvan yaxınlığında Göykümbət kəndində anadan olub.

1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahlıq kafedrasına rəhbərlik edib. Azərbaycan SSR Elmlər Akademiysının ilk һәqiqi üzvlәrindәn biri (1945), SSRİ Tibb EA-nın akademiki (1960), Sosialist Әmәyi Qәһrәmanı (1975) olub. Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti (1951-1956 vә 1969-1981) olub.

M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — inyeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi.[8] 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.

Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri — öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.

Mustafa Topçubaşov və professor Qəhrəman Qəhrəmanovun adları 1977-ci ildə İsveç Elmlər Akademiyası tərəfindən Nobel mükafatına irəli sürülür. Lakin elə bu ərəfədə Azərbaycanda rus dilində dərc olunan "Bakinskiy raboçiy" və "Vışka" qəzetlərində Nobel qardaşlarının əleyhinə təhqiramiz, riyakar bir məqalə dərc olunur. Məqalə ermənilər və sapı özümüzdən olan baltaların səyləri ilə dərc edilmişdi. Məqsəd isə azərbaycanlıların Nobel mükafatı almasına imkan verməmək idi. Elə də olur. Ermənilər görkəmli alimimizi bu mükafatdan məhrum edə bilirlər…

Teqlər:
Mustafa Topçubaşov, Azərbaycan

Əsas mövzular