23:55 25 Fevral 2018
Canlı yayım
Zəfər tağının açılış mərasimi

Zəfər tağı

wikimedia.org
Tarixdə Bu Gün
Qısa URL
8720

Napoleonun özünün görmədiyi daha bir möhtəşəm əsəri

BAKI, 29 iyul — Sputnik. 1836-cı il iyulun 29-da Parisin möhtəşəm tarixi abidələrindən olan Zəfər tağının açılış mərasimi keçirilib.

1806-cı il fevralın 18-də Fransa imperatoru I Napoleon Parisdə möhtəşəm Zəfər tağının (hündürlüyü — 50v, eni 45 m) tikilməsi barədə fərman imzalayır. 

Tağ Napoleon ordusunun qələbələrinə həsr olunmalı imiş. 

1807-ci il avqustun 15-də, imperatorun ad günündə Tağın tikintisi başlayır. Lakin Napoleon onun açılışını görə bilmir. Abidə 1836-cı ildə Lui Filippin hakimiyyəti dövründə təhvil verilir. 

Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Parisdə Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir.

Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşib. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunub.

Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.

Şarl de Qoll meydanı XIX əsrdə Jorj Ejen Hausman tərəfindən lahiyələndirilmiş 12 küçənin açıldığı çox geniş və böyük dairəvi meydandır.

Teqlər:
Zəfər tağının açılış mərasimi, I Napoleon, Paris, Fransa

Əsas mövzular