01:11 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
aarongloy.com

1890-cı il iyulun 29-da məşhur holland rəssamı, postimpressionizm cərəyanının nümayəndəsi Vinsent Villem van Qoq vəfat edib.

1890-cı il iyulun 29-da məşhur holland rəssamı, postimpressionizm cərəyanının nümayəndəsi Vinsent Villem van Qoq vəfat edib.

Van Qoq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır. Ən azı həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur. Vinsent 1853-cü il 30 mart tarixində, Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olub.

1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışır. 1876-cı ildə İngiltərədə müəllim işləyir. Müəyyən dövrlərdə teologiyanı öyrənmiş, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb.

1880-ci ilərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir. 1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, "qəmgin" mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji probləmlərə və gərginliklərə işarədir. Məsələn, rəssamın "Kartof yeyənlər" (Ottyorlo) əsərini nümunə kimi götürmək olar. Həm mövzu, həm süjet, həm rənglər, həm də işığın işlənməsi insanda qəmgin hisslər oyadır, məyusluq təəssüratı yaradır.

1888-ci ildə Van Qoq Arla gəlir. Məhz burada, o öz uslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır. Sanki, Arlda o metod axtarışlarını və üslub seçimi mərhələsini bitirib, yeni mərhələ işlərə başlayır. Arlda yaradılan əsərlər müqayisədə müəyyən "ziddiyyətlər" ortaya çıxarır. Əgər bir sıra əsərlərdə, günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar. Bir sıra əsərlərdə iş başında zəhmətkeş insanlar, digərlərində "yüngül" pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Bütün bunlarla bahəm maddi problemlər onu tez-tez mənəvi sarsıntılara aparır. Van Qoqun pozğun bir qadına aşiq olması və bu sevgini ona nümayiş etdirmək üçün qulağını kəsməsi onun qəmgin mənəviyyatının göstəricisidir.

Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmamazlıqlara gətirib çıxarırdı. Son illər Arl, Sen-Remi və Ovür-sür-Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını özünə sui-qəst ilə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: "La tristesse durera toujours" (azərb. Qəm daim davam edəcək).

Digər videolar

Əsas mövzular