22:02 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Агдам

Kağız üstündə qalan qətnamələrdən ikincisi

© kavkaz-uzel.ru
Tarixdə Bu Gün
Qısa URL
6321

1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib.

BAKI, 29 iyul — Sputnik. 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib.

Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu. Lakin sənəddə Ermənistanın adı təcavüzkar kimi hallanmırdı.

Bundan öncəki 822 saylı və sonrakı 874, 884 saylı qətnamələr də eyni təxminən məzmunda qəbul olunub.

Sözügedən qətnamələr 20 il ərzində icra olunmayan boş sənədlərdir. Azərbaycan dəfələrlə müxtəlif kürsülərdən onların icrasını tələb etsə də, onun bu tələbinə məhəl qoyan yoxdur. 

Teqlər:
Ermənistan-Azərbaycan, Ağdamın işğalı, Ağdam, Azərbaycan

Əsas mövzular