22:52 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Aleksandr Düma

Özünü Xəzərə bənzədən fransız mütəfəkkiri

wikimedia.org
Tarixdə Bu Gün
Qısa URL
53021

1802-ci il iyulun 24-də fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (1802 – 5.12.1870) anadan olub.

BAKI, 24 iyul — Sputnik. 1802-ci il iyulun 24-də fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (1802 – 5.12.1870) anadan olub.

Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.

Düma Qafqaza səyahət edib və həmçinin Azərbaycanda olub. O Azərbaycanın bir sıra bölgələrində olaraq Xurşidbanu Natəvanla da görüşüb. Azərbaycan yazıçıda böyük təəssüratlar oyadıb. Səfərinin nəticələrinə əsasən Düma "Qafqaz" əsərini yazıb. Həmin əsərdən bir fraqmenti nəzərinizə çatdırırıq.

Əsərin bu yerində yazıçı Xəzərin sahilində dayanıb bu böyük dənizə öz sevgisini bildirir. Belə vaxtda Aleksandr Düma realist bir yazıçıdan çox şairə bənzəyir: "…Ey qəfəsə salınmış quş kimi çırpınan Xəzər! Sən başqa dənizlərə birləşə bilmədiyinə görə heyifsilənir, köksün ötürürsən. Sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən. Bir Allah bilir, bu qədər çayların suyunu nə edirsən? Əvəzində havaya bir az od və palçıq atırsan. Kim deyə bilər ki, adları belə unudulmuş neçə-neçə xalq sənin sahilinə gəlməyib və onu qarış-qarış gəzməyib. Kim deyə bilər ki, neçə-neçə insanı öz qoynuna alıb onlardan heç əsər-əlamət saxlamamısan. Təkcə hərdənbir dalğaların sahillərə atdıqlarından bilmək olur ki, sənin qoynunda nə qədər sərvətlər gizlənib. Bəli, qəmgin dəniz! Mənim də bir çox xüsusiyyətlərim sənə oxşayır. Elə sənin də mənimlə uyğun cəhətlərin var. Lakin sənin nə azad istiqamətin, nə də əşyalar haqqında təsəvvürün vardır. Sən necə var, elə də olmalısan, başqa cür ola da bilməzsən. Amma mən olduğum kimi yox, dönüb başqa cür də ola bilərəm. Di yaxşı, əlvida Xəzər dənizi! Mən səni görməyi o qədər arzulamışdım ki…".

Teqlər:
III Henrix və onun sarayı, Kraliça Marqo, Qara zanbaq, Dəmir maskalı adam, Üç muşketyor, Qraf Monte Kristo, Aleksandr Düma

Əsas mövzular