17:57 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
22 0 0

1991-ci il iyulun 23-də "Nezavisimaya qazeta"da (Rusiya) ittifaq əhəmiyyətli təqaüdçü, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin Sov.İKP sıralarını tərk etməsi barədə bəyanatı dərc olunub.

BAKI, 23 iyul — Sputnik. 1991-ci il iyulun 23-də "Nezavisimaya qazeta"da (Rusiya) ittifaq əhəmiyyətli təqaüdçü, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin Sov.İKP sıralarını tərk etməsi barədə bəyanatı dərc olunub.

SSRİ rəhbərliyindən istefa verəndən sonra Sov.İKP üzvü kimi Moskvada qeydiyyatda olan H.Əliyev partiyadan çıxmaq barədə iyulun 19-da bəyanat vermiş və ərizəsini Moskvaya, yerli partiya təşkilatına göndərmişdi. Azərbaycanın o vaxtkı rəhbərliyi və Moskva dairələri bəyanatın geniş mətbuata çıxmasına imkan vermədilər.

"Nezavisimaya qazeta"da dərc edilən bəyanatında H.Əliyev SSRİ rəhbərliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmasına etiraz etdiyini və kommunist ideologiyasına inamının məhv olduğunu vurğulamışdı.

Heydər Əliyev 1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, yəni SSRİ miqyasında bu partiyaya rəhbərlik edən bir neçə şəxsdən biri olub.

Teqlər:
SSRİ istefası, Nezavisimaya qazeta, Naxçıvan Ali Məclisi, Azərbaycan Ali Soveti, Sov.İKP, Sov.İKP MK, Heydər Əliyev

Əsas mövzular