02:06 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün

Canavarlar

Tarixdə Bu Gün
Qısa URL
22701

1927-ci il iyulun 22-də İtaliyanın və Avropanın ən məşhur futbol komandalarından olan "Roma" klubu yaradılıb.

BAKI, 22 iyul — Sputnik. 1927-ci il iyulun 22-də İtaliyanın və Avropanın ən məşhur futbol komandalarından olan "Roma" klubu yaradılıb. 

Öz tarixi ərzində klub 3 dəfə İtaliya çempionu olub, 10 dəfə isə ikinci yeri tutub. İtaliya kuboku uğrunda yarışlarda "Roma"nın uğurları daha çoxdur. Romalılar 9 dəfə kubokun sahibi olublar, 6 dəfə isə finalda mübarizəni dayandırıblar. Klub 2 dəfə İtaliya Superkubokunun sahibi olub. 

"Roma" iki dəfə UEFA Çempionlar Liqasının və UEFA kubokunun finalında oynayıb.

  • Rudi Föller
    Rudi Föller
  • Françesko Totti
    Françesko Totti
  • Batistuta
    Batistuta
    forza-roma.com
  • Paulo Roberto Falkao
    Paulo Roberto Falkao
    asroma.co.uk
  • Daniele de Rossi
    Daniele de Rossi
    mimi-gallery.com
  • Kristian Panuççi
    Kristian Panuççi
    skysports.com
1 / 6
Rudi Föller

Klubda oynamış məşhur oyunçular sırasında Françesko Totti, Daniele de Rossi, Kristian Panuççi, Paulo Roberto Falkao, Qabriel Battistuta, Rudi Föller və digərlərinin adlarını çəkmək olar. 

Klubun əsas rəngləri qırmızı və sarıdır. Komandanın gerbində canavar şəkli var. Klubun futbolçularına canavarlar və ya "callorossi", yəni sarı-qırmızılılar deyirlər. Klubun ev arenası 1937-ci ildə tikilmiş Stadio Olimpikodur. Stadionun tutumu 72 min 700 nəfərdir.

Teqlər:
Stadio Olimpiko, Roma klubu, UEFA kuboku, UEFA Çempionlar Liqası, Roma Futbol klubu, Rudi Föller, Qabriel Battistuta, Paulo Roberto Falkao, Kristian Panuççi, Daniele de Rossi, Françesko Totti, İtaliya

Əsas mövzular