15:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
8911

1882-ci il iyulun 22-də Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Qarabəkir paşa (1882-1948) anadan olub.

BAKI, 22 iyul — Sputnik. 1882-ci il iyulun 22-də Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Qarabəkir paşa (1882-1948) anadan olub.

1919-cu ildə Osmanlı ordusunun Şərq gəbhəsinə komandanlıq edən Kazım Qarabəkir paşa Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib.

Kazım Qarabəkir paşa Qurtuluş savaşı dönəmində Mustafa Kamal Atatürkün yaxın silahdaşı olub. Lakin Türkiyə Respublikası qurulduqdan sonra onların arasında fikir ayrılığı əmələ gəlib. 

1924-cü ildə Kazım Qarabəkir paşa Atatürkün Cümhuriyyət Xalq Partitaysından ayrılaraq Tərəqqipərvər Cümhuriyyət Partiyasını quranlardan biri olub. 1925-ci ildə hökumət bu partiyanı qanundankənar elan etdi. 

Bir ildən sonra isə Kazım Qarabəkir paşa Atatürkə qarşı sui-qəsddə iştirak ittihamı ilə məhəmə qarşısına çıxsa da bəraət aldı. 

1927-ci ildən sonra Kazım Qarabəkir paşa müxalif baxışları ilə əlaqədar faktiki olaraq ev dustağı kimi yaşamağa başladı. O, 45 yaşında ordudan ehtiyata göndərildi. Onun Qurtuluş savaşına aid memuarları hökumətin qərarı ilə yandırıldı. 

Atatürkün ölümündən sonra Kazım Qarabəkir paşa 1939-cu ildə millət vəkili seçildi və 1946-cı ildə Türkiyə Böyük Millət Məclisinin sədri oldu. Lakin 1948-ci ildə keçirdiyi infarkt nəticəsində 66 yaşında vəfat etdi.

Teqlər:
Kazım Qarabəkir, Mustafa Kamal Atatürk, Kazım Karabəkir, Türkiyə

Əsas mövzular