06:26 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Парламентская ассамблея Совета Европы

19 il əvvəl Azərbaycan AŞ-a tamhüquqlu üzv olmaq niyyətini bildirib

© Foto: PACE's official website
Tarixdə Bu Gün
Qısa URL
17 0 0

13 iyul 1996-cı ildə prezident Heydər Əliyev nümayəndə heyəti ilə görüşündə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini bildirilən məktubu Daniel Tarşisə təqdim edib.

13 iyul – Sputnik. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurası Parlament Assambleyasında xüsusi dəvət olunmuş qonaq statusu verilib. Bu hadisədən az sonra, 12-14 iyul 1996-cı ildə Avropa Şurasının İsveçdən olan baş katibi Daniel Tarşis və Avropa Şurası Nazirlər Komitəsinin sədri, Estoniyanın xarici işlər naziri Syum Kallasın başçılıq etdikləri nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyəti öyrənmək olub. 13 iyul 1996-cı ildə prezident Heydər Əliyev nümayəndə heyəti ilə görüşündə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini bildirilən məktubu Daniel Tarşisə təqdim edib.

Azərbaycanın dövlət başçısı Daniel Tarşisə ölkənin Avropa Şurası ilə tam əməkdaşlıq etmək istədiyini söyləyib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq ATƏT-in Minsk qrupunun o zaman təqdim edilmiş mərhələli sülh təklifinin ümidverici olduğunu bildirib.

Daniel Tarşisin Azərbaycana daha bir səfəri 1998-ci ilin avqustunda olub. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Yunanıstanın xarici işlər nazirinin müavini İannos Kranidiotislə təşkilatın nümayəndə heyətinə rəhbərlik edən baş katibin bu səfərində də məqsəd Azərbaycanda demokratik proseslərin həyata keçirilməsi vəziyyətini öyrənmək idi. Heydər Əliyevlə görüşü zamanı Daniel Tarşis Azərbaycanın Avropa Şurasında iştirak etmədiyi sonuncu orqan — Yerli Seçki Dairələri Şurasında da təmsil olunmasını arzuladığını bildirib.

Təşkilatın müxtəlif qurumlarında müzakirələrdən sonra, 25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olub.


Teqlər:
ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Şurası, Heydər Əliyev, Daniel Tarşis, Azərbaycan

Əsas mövzular