04:06 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Sentenario stadionu, Montevideo, Uruqvay

İlk dünya çempionatı

pikabu.ru
Tarixdə Bu Gün
Qısa URL
22622

85 il əvvəl Uruqvayda futbol üzrə birinci dünya çempionatı başlayıb.

BAKI, 13 iyul — Sputnik. 85 il əvvəl Uruqvayda futbol üzrə birinci dünya çempionatı başlayıb.

Yarışın keçirilmə yeri kimi Uruqvayın seçilməsi təsadüf deyildi. Bu ölkənin yığma komandası 1924-cü ildə Parisdə keçirilmiş VIII və 1928-ci ildə Amsterdamda keçirilmiş IX Olimpiadada qalib olmuşdu.

Xüsusi olaraq dünya çempionatı üçün paytaxt Montevideoda yeni stadion tikildi. Stadion ölkənin müstəqilliyinin yubileyi şərəfinə "Sentenario" (yüzillik)

Çempionatın qonaqlarının bütün xərclərini Uruqvay öz üzərinə götürdü.

Turnirdə 13 komanda iştirak etdi: Uruqvay, Fransa, Yuqoslaviya, Rumıniya, Belçika, Peru, ABŞ, Argentina, Braziliya, Boliviya, Çili, Meksika və Paraqvay. 

Çempionatın ilk iki oyunu eyni vaxtda başladı. Görüşlərdə Farnsa ilə Meksika, həmçinin ABŞ-la Belçika qarşılaşdılar.

Dünya çempionatları tarixində ilk qolu fransız Lüsyen Loran vurdu.

İlyulun 30-da başa çatan dünya çempionatında qələbəni Uruqvay yığması qazandı. Finalda uruqvaylılar Argentinaya 4:2 hesabı ilə qalib gəldilər.

Teqlər:
Sentenario, Futbol oyunu, futbol, ilk dünya çempionatı, Uruqvay

Əsas mövzular