02:15 18 Oktyabr 2017
Canlı yayım
Boris Yeltsin

Təsadüfi “demokrat”

epitafii.ru
Tarixdə Bu Gün
Qısa URL
1301

1991-ci il iyulun 10-dan Rusiyada Boris Yeltsinin "mütləq" hakimiyyəti başlayıb.

BAKI, 10 iyul – Sputnik. Rusiyanın ilk prezidenti Boris Yeltsin 1931-ci il fevralın 1-ndə Sverdlovsk vilayətinin Butka kəndində anadan olub.

1955-ci ildə o Ural Politexnik institununu bitirib.

Yeltsin Kommunist partiyasının Sverdlovsk vilayət komitəsinin birinci katibi işləyərək, sonradan Moskvaya, partiya işinə göndərilmişdi. Orada Yeltsin SovİKP Mərkəzi Komitəsinin inşaat şöbəsinin rəhbəri, sonradan MK katibi və nəhayət Moskva şəhəri komitəsinin rəhbəri işləmişdi.

1987-ci ildə SSRİ-nin o dövrdəki partiya rəhbərliyini tənqidinə görə vəzifəsindən kənarlaşdırılıb və siyasətə bir daha 1989-cu ildə qayıdıb. O zamankı ilk demokratik seçkilərdə o SSRİ Ali Sovetinin xalq deputatı seçilir.

1990-cı ildə Yeltsin Sov İKP-ni tərk edir. 1991-ci ildə o Rusiya Federasiyasının ilk prezidenti seçilir. İyulun 10-dan o, öz vəzifəsinin icrasına başlayır.

Həmin ilin avqustunda "QKÇP" adı ilə tarixə düşmüş qiyamın qarşısının alınmasında fəal iştirak edərək əvvəlki SSRİ dövrünə qayıdış ehtimalının aradan götürülməsində rol oynayır.

1994-cü ilin dekabrında onun əmri ilə Çeçenistana ordu hissələri yeridilir və orada müharibə başlanır. 

1996-cı ilin noyabrında onun ürəyi üzərində şuntlama əməliyyatı keçirilir.

1999-cu il dekabrın 31-də Boris Yeltsin istefa verir və Vladimir Putini özünün xələfi kimi ictimaiyyətə təqdim edir.

Boris Yeltsin 23 aprel 2007-ci ildə Moskva Mərkəzi Kliniki Xəstəxanasında vəfat edib və Novodeviçev məzarlıqda dəfn edilib.

Boris Yeltsinin dövrü Rusiyada hərc-mərclik, oliqarxların ağalığı, reketin çiçəklənməsi ilə yadda qalıb. 

Qəbul etdiyi ziddiyyətli qərarlar onun demokratik düşüncə tərzinə malik olmadığını, əksinə fürsətdən yararlanaraq hakimiyyət zirvəsinə çıxdığını göstərir.

Əsas mövzular