Türkiyə millisi İsveçrə yığmasına məğlub olaraq AVRO-2020-ni tərk edir

© REUTERS / OZAN KOSEЗащитник сборной Турции Мерт Мюлдюр
Защитник сборной Турции Мерт Мюлдюр - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Futbol üzrə Türkiyə yığması Avropa çümpionatının qrup mərhələsinin son turunda İsveçrə millisinə məğlub olaraq turnirdə çıxışını başa vurub.

BAKI, 20 iyun — Sputnik. F"A" qrupunda Bakıda keçirilmiş qarşılaşma 3:1 hesabı ilə isveçrəlilərin xeyrinə başa çatıb. Qalib komandanın heyətində Cerdan Şakiri dubla imza atıb (26 və 68-ci dəqiqələr), daha bir qolu isə Xaris Seferoviç vurub.

Türkiyə millisinin AVRO-2020-də yeganə və gözəl qolunun müəllifi İrfan Can Kahveci olub (62).

Bakı Olimpiya stadionunda oyuna 17138 azarkeş tamaşa edib.

Türkiyə millisi qrup mərhələsinin bütün oyunlarını uğursuz keçirərək turnir cədvəlində sonuncu yeri tutub.

Xəbər lenti
0