Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-də Polşa və İspaniya milliləri heç-heçə oynayıblar

© REUTERS / MARCELO DEL POZOИгровой момент матча сборных Испании и Польши на ЕВРО-2020
Игровой момент матча сборных Испании и Польши на ЕВРО-2020 - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Polşa millisi ilə İspaniya yığmasının Avropa çempionatının qrup mərhələsində qarşılaşması sülhlə bitib.

"E" qrupunda Sevilyada şənbə günü keçən oyun 1:1 hesabı ilə başa çatıb. İspanlar 25-ci dqiqədə Alvaro Moratanın qolu ilə irəli çıxıblar. Polşalılar isə komandanın kapitanı Robert Levandovskinin 54-cü dəqiqədə başla vurduğu qolla bərabərliyi bərpa ediblər. Oyunun 58-ci dəqiqəsində İspaniya millisinin hücumçusu Jerar Moreno penalti zərbəsini qola çevirə bilməyib, top qapı tirinə tuş gəlib.

Stadionda oyuna 11742 azarkeş tamaşa edib.

Polşa komandası AVRO-2020-də ilk xalını qazanıb. İspaniya millisinin isə iki ard-arda heç-heçədən sonra iki xalı var.

Xəbər lenti
0