Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İtaliya millisi isveçrəlilərə qalib gələrək AVRO-2020 pley-off-unun ilk iştirakçısı olub

© AFP 2023 / ANDREAS SOLAROНападающий сборной Италии Чиро Иммобиле
Нападающий сборной Италии Чиро Иммобиле - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
AVRO-2020-də İtaliya millisi ard-arda iki oyunda 3:0 hesabı ilə qələbə çalır. Bugünkü oyunda əslində dörd qol vurulub, ancaq VAR sistemi onu hesaba almayıb.

Futbol üzrə İtaliya millisi İsveçrə yığmasını ağır məğlubiyyətə uğradaraq Avropa çempionatının pley-off mərhələsinə çıxan ilk komanda olub.

"A" qrupunda Romada keçirilmiş oyun 3:0 hesabı ilə başa çatıb. Manuel Lokatelli dubla imza atıb (26 və 52-ci dəqiqələr), Çiro İmmobile 89-cu dəqiqədə daha bir qol vurub. Oyuna stadionda 12445 nəfər tamaşa edib.

Oyunu rusiyalı Sergey Karasayevin başçılıq etdiyi hakimlər qrupu idarə edib.

Oyunun 19-cu dəqiqəsində Corco Kyellininin zərbəsindən sonra top isveçrəlilərin qapısına daxil olub. Lakin VAR sistemindən istifadə edən hakimlər qolu hesaba almayıblar. Müdafiəçinin qol vurmadan əvvəl əl ilə oynadığı məlum olub. 24-cü dəqiqədə Kyellini zədələnərək başqa oyunçu ilə əvəz olunub.

Kellini Avropa çempionatlarının final mrhələsində keçirdiyi oyunların sayına görə İtaliya yığmasının üzvləri arasında rekord vurub (14).

İtaliya millisi məğlubiyyətsiz oyunlar silsiləsində qarşılaşmaların sayını 29-a çatdırıb (24 qələbə, 5 heç-heçə). Son 10 oyunda italyanlar on qələbə qazanıb və bir dəfə də qol buraxmayıblar.

Beləliklə, Türkiyə millisini darmadağın etmiş italyanlar (3:0) bugünkü qələbədən sonra 6 xalla qrupda ən azı ikinci yeri və pley-off mərhələsinə çıxışı özlərinə təmin ediblər. Uels yığmasının 4, isveçrəlilərin 1 xalı var. Türkiyə millisinin isə xalı yoxdur.

Qrup mərhələsinin son turunda İtaliya millisi iyunun 20-də, Romada Uels komandası ilə oynayacaq. Elə həmin gün Bakıda İsveçrə və Türkiyə komandaları üz-üzə gələcəklər.

AVRO-2020 oyunları Avropanın 11 şəhərində, o cümlədən də Bakıda keçirilir.

Xəbər lenti
0