CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AVRO-2020-də Finlandiya komandası Danimarkanı məğlub etdi

© AFP 2023 / HANNAH MCKAYФутболисты сборной Финляндии радуются голу
Футболисты сборной Финляндии радуются голу - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Avropa çempionatında Danimarkanın futbolçusu Kristian Erikssenin huşunu itirməsi səbəbilə təxminən iki saat dayandırılan oyunda Finlandiya təmsilçiləri qalib gəliblər

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb. Yeganə qolu oyunun 60-cı dəqiqəsində Yoel Pohyanpalo vursa da, onu qeyd etməyib. 74-cü dəqiqədə danimarkalıların yarımmüdafiəçisi Pyer-Emil Heybyerq penaltini vura bilməyib.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

Qrup mərhələsinin ikinci turunda finlər iyunun 16-da Sankt-Peterburqda Rusiya millisi ilə, bir gün sonra isə Kopenhagendə Belçika komandası ilə oynayacaqlar.

 

Xəbər lenti
0