Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020: çempionatın başlanğıcının əsas oyunları

© REUTERS / ANTON VAGANOVДети играют рядом с моделью официального мяча Евро-2020 в Баку
Дети играют рядом с моделью официального мяча Евро-2020 в Баку - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
Almaniya yığmasının rəhbəri Yoaxim Lövün millinin baş məşqçisi vəzifəsində son turniri. Dünya çempionu adını qazanmış məşqçi hələ Avropa birinciliyinin gümüş kubokunu əldə edə bilməyib.

BAKI, 7 iyun — Sputnik. Avropa birinciliyinin başlanğıcının azarkeşlərin diqqətinə daha çox layiq oyunları barədə bir neçə kəlmə.

Türkiyə — İtaliya

11 iyun. Roma / A qrupu

2008-ci ildə İsveçrə-Çexiya qarşılaşması, 2012-ci ildə Polşa-Yunanıstan, 2016-cı ildə Fransa-Rumıniya... Bu oyunların heç biri Avropa birinciliyinin ən yaxşı oyunları siyahısına düşməyib. Lakin bu oyunlar çempionatlara start verib və deməli, istənilən halda tarixi oyunlardır. Budəfəki birinciliyin ilk oyununu, həmçinin çempionatın başlanması mərasimini də qaçırmaq olmaz. Mərasimin necə gözəl ola biləcəyini yadınıza salın.

İngiltərə — Xorvatiya

13 iyun. London / D qrupu

Xorvatlar və ingilislərin arasında bundan sonra nə qədər oyun keçiriləcəyinin heç bir əhəmiyyəti yoxdur. Budəfəki qarşılaşma rusiyalılara həmişə 2007-ci ildə baş verənləri xatırladacaq. Həmin il Qus Hiddinqin rəhbərliyi altında Rusiya yığması İngiltərə millisini məğlub etdi, lakin sensasion şəkildə İsrail yığmasına məğlub olaraq çempionatın final mərhələsində iştirakını şübhə altına qoydu. Xorvatiya millisinin onlar üçün heç bir əhəmiyyət kəsb etməyən oyunda ingilisləri məğlub etməsi isə Rusiya millisinə qrupda ikinci yeri təmin etdi. Bundan sonra isə AVRO-2008, Niderland üzərində qələbə və tarixi bürünc medallar...

Niderland — Ukrayna

13 iyun. Amsterdam / C qrupu

Bu qarşılaşma Andrey Şevçenkonun yetirmələri üçün ciddi sınaq olacaq. Başqa vəziyyətdə Niderland komandası bu oyunun əsas favoriti sayıla bilərdi. Lakin AVRO-2020-də təkcə Ukrayna sarı-göy rənglilərinin deyil, digər komandaların da sensasiya şansı olacaq. Məsələ bundadır ki, "narıncıların" heyətində qapıçı Yasper Silessen (COVID-19) və komandanın lideri Vircil van Deyk yoxdur (zədəlidir).

İspaniya — İsveç

14 iyun, Sevilya / E qrupu

"Spartak"ın azarkeşlərinə salamlar! Komandanın hücumçusu Cordan Larssonun oynadığı yığmada artıq Zlatan İbrahimoviç yoxdur və skandinaviyalılar bu böyük turnirə layiq olduqlarını onsuz sübuta yetirməli olacaqlar. İsveç yığmasının "Zlatansız" dövrü artıq başlayıb.

Fransa — Almaniya

15 iyun. Münhen / F qrupu

Almaniya yığmasının rəhbəri Yoaxim Lövün millinin baş məşqçisi vəzifəsində son turniri. Dünya çempionu adını qazanmış məşqçi hələ Avropa birinciliyinin gümüş kubokunu əldə edə bilməyib (2008-ci ildə gümüş, 2012 və 2016-cı illərdə isə bürünc medallar). Fransalılarla oyun "bundestim" üçün yaxşı sınaq olacaq, çünki komanda 2018-ci il Dünya çempionatındakı biabırçılıqdan sonra azarkeşləri qarşısında özünə baraət almalıdır.

İngiltərə — Şotlandiya

18 iyun, London / D qrupu

Klassik Britaniya qarşılaşması. Komandalar 113 dəfə üz-üzə gəlmələrinə baxmayaraq, "Uembli"də keçiriləcək qarşılaşma bu coğrafi qonşular arasında cəmi doqquzuncu rəsmi oyun olacaq.

Portuqaliya — Almaniya

19 iyun. Münhen / F qrupu

F dördlüyünün daha bir super oyunu. Hazırkı dünya çempionlarının ardınca Yoaxim Lövün yetirmələri AVRO-2016-nın qalibləri ilə üz-üzə gələcəklər. İki iddialı komandanın qələbə uğrunda nələr edə biləcəyi artıq aydındır.

İspaniya — Polşa

19 iyun. Sevilya / E qrupu

Dünyanın əsas bombardiri (söhbət Robert Levandovskidən gedir) son 15, hətta 20 ildə ən zəif tərkibli İspaniya yığmasına qarşı.

Portuqaliya — Fransa

23 iyun. Budapeşt / F qrupu

İnanmaq olmur ki, Fransa paytaxtında keçirilən final oyunundan artıq 5 il ötür! Ederin vurduğu qol və Fransa komandasının bitməyən qəmi... Odur ki Antuan Qrizman və onun komandasının lap teziklə o zamankı məğlubiyyətin əvəzini çıxmaq imkanları var.

Həm də "Ferens Puşkaş" arenasında hazırkı Avropa çempionları və Dünya Kubokunun sahibləri üz-üzə gələcəklər. Bu cür qarşılaşma XXI əsrdə hələ olmayıb.

Xəbər lenti
0