AVRO-2020 biletləri ilə bağlı məlumat yenilənib

© Powered by UEFA.comБилеты на матч ЕВРО-2020
Билеты на матч ЕВРО-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA-nın rəsmi saytında futbol üzrə Avropa çempionatının oyunlarının biletləri ilə bağlı məlumat yenilənib.

BAKI, 18 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatının oyunlarına alınan bütün biletlər 2021-ci ilin yayında qüvvədə olacaq. Bu barədə UEFA-nın rəsmi saytında bildirilir.

Çərşənbə günü UEFA İcraiyyə Komitəsi AVRO-2020-nin yeni cədvəlini təsdiq edib – turnir 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Həmçinin elan edilib ki, əvvəl əldə edilmiş bütün biletlər qüvvədə qalacaq.

Biletlərdən istifadə etmək mümkün deyilsə onları xüsusi portalda qaytarmaq olar. Portal 2020-ci il iyunun 25-i saat 14:00-dək (Mərkəzi Avropa vaxtı ilə) işini davam edəcək. Təşkilatçılar qeyd edirlər ki, bu, əldə edilmiş biletləri geri qaytarmaq üçün son imkandır.

Ümumilikdə isə azarkeşlər biletlər üçün 28,3 milyon ərizə veriblər ki, bu da AVRO-2016 üçün olan ərizələrin sayını iki dəfə üstələyir. Müraciətlərin demək olar ki, 64 faizini turnirə ev sahibliyi edən ölkələrdə yaşayan futbol həvəskarları təqdim edib. Finlandiya, Avstriya, Fransa və Polşa kimi qonşu ölkələrdə də biletlərə yüksək tələbat olub.

Oktyabr və noyabr aylarında Avropa kvalifikasiyasının pley-off oyunları keçiriləcək. Bu oyunlar AVRO-2020-nin son dörd iştirakçısını müəyyənləşdirəcək. Onların azarkeşləri daha sonra bilet üçün onlayn müraciət edə biləcəklər.

Xəbər lenti
0