UEFA bir telefonda AVRO-2020-nin bir neçə biletinin olması məsələsinə aydınlıq gətirib

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidКубок чемпионов ЕВРО
Кубок чемпионов ЕВРО - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

BAKI, 18 fevral — Sputnik. UEFA-nın mətbuat xidməti bir telefonda olan mobil tətbiqdə olan elektron biletlərlə bir qrup azarkeşin Avropa çempionatının oyunlarına daxil olub-ola bilməməsi məsələsinə aydınlıq gətirib.

Bazar ertəsi məlum olub ki, azarkeşlər 2020-ci Futbol üzrə Avropa çempionatının oyunlarına bir milyondan çox bileti mobil tətbiq vasitəsilə əldə edəcəklər. Ümumilikdə UEFA-ya 28.3 milyon bilet sorğusu daxil olub ki, bu da artıq bundan əvvəlki Avropa Çempionatından iki dəfə çoxdur.

"Biz AVRO-2020-nin oyunlarına gələcək bütün azarkeşlərə biletləri digər azarkeşlərə verməyə çağırırıq. Lakin onlardan hansındasa mobil telefon yoxdursa, bütün biletlər yalnız bir telefonda ola bilər", - deyə UEFA-dan izah olunub.

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Xəbər lenti
0