Smartfonun olmaması bilet alanların AVRO-nun oyunlarına daxil olmasına mane olmayacaq

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidЛоготип ЕВРО-2020
Логотип ЕВРО-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl UEFA bildirib ki, azarkeşlərin təcrübəsini artırmaq üçün biletlər stadiona rahat, təhlükəsiz və etibarlı girişi təmin edən yeni innovativ blokçeyn əsaslı mobil bilet satışı sistemi vasitəsilə paylanacaq.

BAKI, 18 fevral — Sputnik. AVRO-2020, İldar Satdinov. 2020-ci il Futbol üzrə Avropa çempionatının oyunlarına bilet alanlar və müasir mobil telefonları olmayan şəxslər çətinlik yaranacağı təqdirdə Avropa Futbol Federasiyaları Assosiasiyalarının (UEFA) müştərilərə dəstək xidmətinə müraciət edə bilərlər. Bu barədə RİA Novosti-yə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Avropa Çempionatı 12 ölkədə 12 iyun-12 iyul tarixlərində keçiriləcək. Daha əvvəl UEFA bildirib ki, azarkeşlərin təcrübəsini artırmaq üçün biletlər stadiona rahat, təhlükəsiz və etibarlı girişi təmin edən yeni innovativ blokçeyn əsaslı mobil bilet satışı sistemi vasitəsilə paylanacaq. 2019-cu ilin dekabr ayındakı satış mərhələsində və turnirə yaxın daha sonrakı satış mərhələlərində UEFA AVRO-2020 biletlərini almış azarkeşlər onları mobil biletlər formasında UEFA AVRO-2020 mobil bilet tətbiqi vasitəsilə əldə edəcəklər. Bu tətbiq 2020-ci ilin may ayının sonuna yaxın Android və iOS əməliyyat sistemli telefonlara yüklənilə bilər. Mobil biletlər tətbiqə oyundan əvvəl yeddi gündən gec olmayaraq göndəriləcək. Ümumilikdə, UEFA 51 oyunun hamısı üçün azarkeşlərə bir milyondan çox mobil bilet çatdırmağı planlaşdırır.

"Azarkeşlər UEFA-nın müştərilərə dəstək xidmətinə müraciət edə bilərlər. Bu xidmət digər həll yolları tapmağa imkan verə bilər", - deyə RİA Novosti-nin sorğusuna cavabda bildirilir.

Xəbər lenti
0