AVRO-2020-nin azarkeşləri rekord vurdular

© Powered by UEFA.comБолельщик показывает билет на матч Евро-2020
Болельщик показывает билет на матч Евро-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA bu il keçiriləcək futbol üzrə Avropa çempionatına azarkeşlərin rekord həddə maraq göstərdiyini bildirib

BAKI, 14 fevral — Sputnik. Azarkeşlər AVRO-2020-nin oyunlarına bilet almaq üçün rekord sayda - təxminən 28.3 milyon ərizə veriblər. UEFA-nın mətbuat xidmətindən verilən məlumata görə, bu sorğunun həcmi futbol üzrə Avropa çempionatlarında bilet əldə edilməsi üçün rekord sayılır.

AVRO-2020-nin biletləri üçün istəklərin ümumi sayı artıq AVRO-2016-nın göstəricilərini 2 dəfə üstələyir. Bu o deməkdir ki, AVRO-2020-nin oyunları üçün bilet tələbi bu tipli turnirlər üçün ən yüksək həddə çatıb. 

2019-cu ilin dekabrında, AVRO-2020-nin oyunları üçün 20 iştirakçı komandanın azarkeşləri üçün bilet satışları başlayanda, azarkeşlər AVRO-2020-nin oyunlarının biletlərini almaq üçün rekord sayda - 8.977 milyon ərizə vermişdilər, bu isə AVRO-2016-nın biletlərinin satışının eyni mərhələdə satışındakı göstəriciləri 3 dəfə üstələyib. 

AVRO-2020-nin biletləri üçün ərizələrin 64%-ni turnirin oyunlarını qəbul edən ölkələrdəki azarkeşlər veriblər. Bu isə o deməkdir ki, yerli azarkeşlər əvvəlki dövrlərlə müqayisədə Avropa çempionatının oyunlarına indi daha yaxın olublar.

2020-ci il Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirin final oyunları 11 dövlətin 12 şəhərində keçiriləcək. Qrup mərhələsinin üç oyunu və dörddəbir finallardan birini Bakı qəbul edəcək.

Xəbər lenti
0