AVRO-2020: Pley-off mərhələsinin cütlükləri bilindi

© Powered by UEFA.com ©UEFA.comUEFA EURO 2020 play-off draw
UEFA EURO 2020 play-off draw - Sputnik Azərbaycan
Abunə olmaq
Pley-off mərhələsinin yarımfinal oyunları 26 mart 2020-ci ildə, final oyunları isə martın 31-də keçiriləcək

Futbol üzrə 2020-ci il Avropa Çempionatının pley-off mərhələsinin cütlükləri müəyyənləşib.

AVRO-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi cümə günü İsveçrənin Nyon şəhərində keçirilib. Pley-off mərhələsinin yarımfinal oyunları 26 mart 2020-ci ildə, final oyunları isə martın 31-də keçiriləcək. Daha əvvəl AVRO 2020-nin final mərhələsinə 20 komanda daxil olub. Rusiya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Pley-off cütlükləri (cütlüklərdə ilk komanda oyunu öz meydanında keçirəcək, final oyunu ilk yarımfinal cütlüyünün qalibinin meydanında keçiriləcək) bunlardır:

A səbəti yolu: İslandiya – Rumıniya, Bolqarıstan – Macarıstan

B səbəti yolu: Bosniya və Herseqovina - Şimali İrlandiya, Slovakiya - İrlandiya

C səbəti yolu: Şotlandiya – İsrail, Norveç - Serbiya

D səbəti yolu: Gürcüstan – Belarus, Şimali Makedoniya - Kosovo

AVRO-2020 12 iyun-12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək.

Xəbər lenti
0