Cümə günü UEFA AVRO-2020 turnirinin pley-off püşkatması keçiriləcək

© Powered by UEFA.com ©UEFA.comКубок Чемпионата Европы по футболу 2020
Кубок Чемпионата Европы по футболу 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Pley-off oyunlarında 16 komanda iştirak edəcək. Onlar UEFA AVRO-2020 turnirinə son 4 vəsiqə üçün mübarizə aparacaqlar.

BAKI, 21 noyabr — Sputnik. UEFA AVRO-2020 turnirinin pley-off mərhələsinin püşkatması cümə günü Mərkəzi Avropa vaxtı ilə günorta saatlarında keçiriləcək. UEFA Millətlər Liqasının qrup mərhələsinin 16 qalibi Avropa təsnifat mərhələsini keçmədikləri təqdirdə, pley-off mərhələsinə daxil olacaqlar – hər liqa üzrə iki yarımfinal keçiriləcək.

Aaron Ramsey (Wales) - Sputnik Azərbaycan
Uels AVRO-2020-yə birbaşa çıxmış sonuncu komanda olub

Pley-off qruplarının tərkibi

A qrupu: İslandiya, Bolqarıstan/İsrail/Macarıstan/Rumıniya*

B qrupu: Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya

C qrupu: Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail/Macarıstan/Rumıniya*

D qrupu: Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarusiya

* Püşkatma vasitəsilə Bolqarıstan, İsrail, Macarıstan və ya Rumıniyadan hansının C qrupunda boş yeri tutacağına və hansı üç milli komandanın A qrupuna daxil edilməsinə qərar veriləcək.

Əsas məqamlar

•       Pley-off mərhələsinə vəsiqə qazanan komandalar UEFA Millətlər Liqasının 2018-ci ilin noyabrında yekunlaşan təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilir.

•       UEFA Millətlər Liqasına əsaslanan 4 fərqli qrup mövcuddur.

•       Püşkatma nəticəsində hər bir qrupun finalında potensial ev sahibi komandalar və ümumi reytinqlərə əsasən seçilmiş yarımfinal cütlükləri müəyyənləşdirilir (aşağıya baxın).

•       2020-ci ilin martında keçiriləcək pley-off mərhələsi yarımfinal və final oyunlarından ibarətdir. UEFA AVRO-2020 turnirində son 4 yer 10 təsnifat qrupunun hər birindən 2 ən yaxşı komanda arasından seçilmiş qaliblər vasitəsilə müəyyənləşdiriləcək.

Pley-offlarda kimlər iştirak edəcək?

Футболисты сборной России - Sputnik Azərbaycan
Rusiya millisi AVRO-2020 təsnifatını darmadağınla başa çatdırdı

•       UEFA Millətlər Liqasının D liqasından UEFA Millətlər Liqası A liqasında qədər, yəni tərs əlifba sırası ilə, hər liqa üçün 4 pley-off oyunu nəzərdə tutulur.

•       UEFA Millətlər Liqası qrup oyunlarının qalibləri Avropa çempionatının seçmə mərhələsinin oyunlarından birbaşa final mərhələsinə vəsiqə qazanmadıqları təqdirdə pley-off mərhələsinə daxil olurlar.

•       UEFA Millətlər Liqası qrup oyunlarının qalibləri birbaşa final turnirinə seçilərlərsə, birbaşa seçilməyən müvafiq liqa sıralamasında ən yaxşı komanda pley-off mərhələsinə keçəcək.

•       Əgər bir liqadan 4 komandadan az komanda pley-off mərhələsinə daxil olarsa, qrup mərhələsinin qaliblərinin daha yüksək reytinqli komandalarla pley-off mərhələsində oynaya bilməyəcəklərini nəzərə alaraq, qalan yerlər UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən, hələ təsnifat mərhələsindən keçməmiş ən yaxşı komandalar arasında bölünür.

•       UEFA İcraçı Komitəsinin təsdiqi ilə, əlavə qaydalar tətbiq oluna bilər, məsələn, daha yüksək yerdən pley-offa çıxmaq üzrə mübarizə prinsipləri və final turnirinə ev sahibliyini həyata keçirən assosiasiyaların fərqli qruplarda olması.

Dörd qrup üzrə pley-offlar necə təşkil olunur?

•       UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən, hər qrupda komandalar 1-dən 4-ə qədər sırayla düzülmüşlər.

•       Hər bir pley-off qrupu üzrə yarımfinallar aşağıdakı formada təşkil ediləcək:

a) 1-ci yeri tutan komanda evdə 4-cü yeri tutan komandaya qarşı oynayacaq.

b) 2-ci yeri tutan komanda evdə 3-cü yeri tutan komandaya qarşı oynayacaq.

Нападающий сборной Словакии Роберт Боженик и защитник сборной Азербайджана Бахлул Мустафазаде - Sputnik Azərbaycan
Qapını çırpmaq alınmadı: Azərbaycan millisi AVRO-2020-nin təsnifatıyla vidalaşdı

•       Hər bir pley-off final oyunu üçün əvvəlcədən hansı yarımfinal qalibinin evdə oynamasını müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.

•       Hər bir final qalibi UEFA AVRO-2020 üçün seçiləcək.

Əsas tarixlər

Pley-off püşkatması: 22 noyabr

Final turnirinin püşkatmasl: 30 noyabr, 2019-cu il

Pley-off yarımfinalları: 26 mart, 2020-ci il

Pley-off finalları: 31 mart, 2020-ci il

Final turnirinin əlavə püşkatması (ehtiyac olarsa): 1 aprel, 2020-ci il

Final turnir: 12 iyun - 12 iyul, 2020-ci il

Xəbər lenti
0