İspaniya millisi seçmə mərhələdə rumınlar üzərində böyük hesabla qələbə qazanıb

© Powered by UEFA.com ©AFP/Getty Imagesİspaniya yığmasının oyunçuları
İspaniya yığmasının oyunçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə İspaniya yığması Avropa çempionatının seçmə mərhələsində Rumıniya millisini böyük hesabla məğlubiyyətə uğradıb.

F qrupunun Madriddə keçirilən seçmə oyunu 5:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İspaniya yığmasının heyətində qolları Fabian Ruis (8-ci dəqiqə), Jerar Moreno (33 və 43-c dəqiqələr) və Mikel Oyarsabal (90+2-ci dəqiqə) vurublar. Daha bir qolu öz komandasının qapısına Rumıniya millisinin oyunçusu Adrian Rus (45+1-ci dəqiqə) vurub.

F qrupunun digər oyunlarında İsveçrə öz meydanında Farer adalarını 3:0 hesabı ilə darmadağın edib, norveçlilər isə səfərdə Malta yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Komandaların yekun vəziyyəti: İspaniya - 26 xal, İsveçrə – 21, Norveç – 17, Rumıniya – 14, Farer adaları – 3, Malta – 3.

İspaniya və İsveçrə komandaları Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər lenti
0