Danimarka yığması AVRO-2020-yə vəsiqə qazanıb və Rusiya millisi ilə oynayacaq

© Powered by UEFA.com ©Getty ImagesDanimarka yığmasının futbolçuları
Danimarka yığmasının futbolçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Danimarka yığması İrlandiya komandası ilə heç-heçə oynayaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

D qrupunun Dublində keçirilən seçmə oyunu 1:1 hesabı ilə başa çatıb. Martin Breytueyt 73-cü dəqiqədə qonaqları hesabda önə çıxarıb, Mett Doerti isə 85-i dəqiqədə bərabərliyi təmin edib.

Danimarkalılar 16 xal yığaraq qrupda ikinci yeri tutublar və AVRO-2020-yə vəsiqə qazanıblar. Danimarka yığması Avropa çempionatında B qrupunda Rusiya yığması ilə oynayacaq. Bu qrupun oyunları Sankt-Peterburq və Kopenhagendə keçiriləcək.

Qrupun paralel oyununda səfərdə Cəbəllütariq komandasını 6:1 hesabı ilə məğlub edən İsveçrə millisi də turnirin final mərhələsinə vəsiqə qazanıb. Qaliblərin heyətində qolları Sedrik İtten (10, 84-cü dəqiqələr), Ruben Varqas (54-cü dəqiqə), Kristian Fassnaxt (57-ci dəqiqə), Loris Benito (75-ci dəqiqə) və Qeanit Caka (86-cıü dəqiqə) vurublar. Cəbəllütariq millisinin heyətində Ris Stayx (74-cü dəqiqə) fərqlənib.

Komandaların yekun vəziyyəti: İsveçrə - 17 xal, Danimarka – 16, İrlandiya – 13, Gürcüstan – 8, Cəbəllütariq – 0.

Xəbər lenti
0