İtaliya yığması Bosniya və Herseqovina komandasına AVRO-2020-nin seçmə turunda qalib gəldi

© Powered by UEFA.com ©Getty ImagesФутболисты сборной Италии
Футболисты сборной Италии - Sputnik Azərbaycan
Abunə olmaq
İtalyanlar hələ oktyabr ayında futbol üzrə 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər

 

İtaliya millisinin futbolçuları AVRO-2020-nin seçmə turunda səfərdə Bosniya və Herseqovina komandasına qalib gəliblər.

Zenitsada keçirilən J qrupunun doqquzuncu turunun oyunu italyanların 3:0 hesablı qələbəsi ilə bitib. Qolları Françesko Açerbi (21-ci dəqiqə), Lorenso İnsinye (37) və Andrea Belotti (53) vurublar.

AVRO-2020-nin final mərhələsinə keçidi çoxdan təmin edən italyanlar bununla doqquzuncu qələbələrini qazanıblar. J qrupunun ikinci pilləsindən final mərhələsinə Finlandiya yığması adlayıb.

Seçmə mərhələnin sonuna bir tur qalmış qrupda turnir vəziyyəti belədir: İtaliya (27 xal), Finlandiya (18), Yunanıstan (11), Ermənistan (10), Bosniya və Herseqovina (10), Lixtenşteyn (2 xal).

Xəbər lenti
0