Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nikola Yurçeviç: Uelslə matçda müsbət nəticəyə ümid edə bilərik

© REUTERS / ANDREW COULDRIDGEТренер сборной Азербайджана Никола Юрчевич во вермя матча Уэльс - Азербайджан
Тренер сборной Азербайджана Никола Юрчевич во вермя матча Уэльс - Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan millisinin oyunçularının Uels komandasının sağ cinahında problemləri yarana bilər, ona görə də rəqibin təhlükəli futbolçularını neytrallaşdırmaq üçün nəsə fikirləşmək gərəkdir

BAKI, 15 noyabr — Sputnik, Teymur Tuşiyev. "Qaret Beyl kimi futbolçunu Azərbaycan millisinin iki müdafiəçisi "gözətləməlidir"". Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Uels millisi ilə keçiriləcək oyundan əvvəlki mətbuat konfransında deyib. 

Гарет Бейл забивает гол Азербайджану - Sputnik Azərbaycan
Qaret Beyl Azərbaycanla oyunu dəyərləndirdi: axırıncı oyuna baxmışıq - FOTO

Baş məşqçi bildirir ki, uelslilərlə oyundan öncə komandasında kadr problemi yaşanıb.

"Bu oyunda bir neçə əsas futbolçu oynaya bilməyəcək. Zədə səbəbindən Rüfət Dadaşov yoxdur, Eddi İsrafilov da oynaya bilməyəcək. Millinin kapitanı Maksim Medvedevin oynayacağı da sual altındadır. Bu problemlərə rəğmən, ümidliyik", - Yurçeviç deyib.

Xorvat mütəxəssis həmçinin Azərbaycanın Avro-2020-nin seçmə turundakı digər oyunlarını da xatırladıb: "Ötən oyunların analizi sabahkı matçda müsbət nəticəyə ümid etməyimiz üçün əsas verir. Kardiffdəki ilk oyunda biz uelslilərlə heç-heçə etməyə çox yaxın idik. Bundan başqa, hamı gördü ki, bizim Macarıstanla oyunda halal bir xalımızı hakim necə əlimizdən aldı".

Yurçeviçi ən çox təşvişə salan Uels millisinin sağ cinahıdır.

"Meydanın bu hissəsində bizim problemlərimiz yarana bilər. Ona görə də gərək rəqibin təhlükəli oyunçularını neytrallaşdırmaq üçün bir şey fikirləşək. Razılaşın ki, Qaret Beyl kimi futbolçunu Azərbaycan millisinin iki müdafiəçisi "gözətləməlidir"", - Yurçeviç əlavə edib.

Xatırladaq ki, Azərbaycanla Uels milliləri arasında oyun şənbə günü, noyabrın 16-da  "Baksel Arena"da  keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbər lenti
0