Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kim kimdir? Avropa birinciliyinin ilk turunun şərhi

© REUTERS / KAI PFAFFENBACHНемецкий футболист Робин Госенс
Немецкий футболист Робин Госенс - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
İlk tur təkcə qrup mərhələsini adlamağa namizəd olan favoritləri deyil, həm də qitənin ən güclüsü adına şəksiz namizədləri də daha dəqiq müəyyən edib

BAKI, 16 iyun — Sputnik. Futbol pərəstişkarları hazırkı Avropa çempionatını o qədər gözləyib ki... Nə etməli?! Bir il gecikməsinə baxmayaraq, çempionat nəhayət ki başladı və dərhal milyonlarla dəri top fanatlarının diqqətini özünə çəkdi. "Köhnə dünya"nın ən vacib futbol forumunun keçirildiyi 11 Avropa şəhərində qismən də olsa, stadionlarda tamaşaçıların iştirakına icazə verilib.

Buna baxmayaraq, yalnız Budapeşt öz gücünə tam əminlik nümayiş etdirdi və Macarıstan millisi ilə hazırkı qitə çempionları portuqaliyalıların görüşündə stadionun tribunaları 100% dolu idi. Lakin gəlin tələsməyək və şərhimizi AÇ-nin qrup mərhələsinin ilk turundan başlayaq.

"A" qrupu

Türkiyə-İtaliya, 0 : 3

AÇ iyunun 11-də, Romanın Olimpiya stadionunda İtaliya və Türkiyə milli yığma komandalarının oyunu ilə başlayıb. Futbol forumlarının ilk turlarında oyunlar, bir qayda olaraq, o qədər də maraqlı olmur. Bu oyun, əsəbi şəraitdə keçmədisə də, kifayət qədər narahat oldu. Amma bu, oyunların baxımlılığını azaltmır. Bu dəfə də ənənə pozulmadı: birinci hissədə oyun bir qədər darıxdırıcı idi. Halbuki, italyanların daha hazırlıqlı olduğu adi gözlə də görünürdü. AÇ-dən əvvəl mən qeyd etmişdim ki, İtaliya futbolu son illər onları müşayiət edən böhrandan tədricən çıxırlar. Avropa klub turnirlərində italyanlar ildən-ilə daha inamlı görünür, yığma komanda isə AÇ ərəfəsində təsirləndirici, məğlubiyyətsiz oyunlar silsiləsi keçirdi ki, bu da komandanın yüksək hazırlıq səviyyəsindən xəbər verirdi. Komandanın baş məşqçisi Roberto Mançini nəinki kifayət qədər gənc və döyüşkən kollektiv toplayıb, həmçinin yetirmələrinə hazırkı çempionatda ciddi iddialar açılayıb.

Lakin italyanların rəqiblərindən daha yaxşı görünməsinə baxmayaraq, birinci hissədə onlar Çakırın qoruduğu qapıya yol tapa bilmədilər. Oyunun ikinci hissəsində, türklərin müdafiəçisi Dəmirəl avtoqola imza atması isə, meydanda real vəziyyətin necə olduğunu təsdiq etdi.

Daha sonra, oyunun 66 və 79-cu dəqiqələrində İmmobile və İnsinye hərəyə bir qol vuraraq rəqiblərinin darmadağınını rəsmiləşdirdilər. İlk oyun italyanların bütün oyunçularının yüksək funksional hazırlığa malik olduğunu nümayiş etdirdi. Onların davamlı pressinqi fiziki hazırlıqlarının yüksək səviyyədə olmasından xəbər verir. Elə Mançini də türkiyəli həmkarını taktiki cəhətdən geridə qoydu.

Nührlər hamını aşkar şəkildə məyus etdilər. Ümid etək ki, bunun səbəbi start həyəcanı və birinci hissədə komandaya verilmiş taktiki tlimatlar olub. Belə görünür ki, komandanın baş məşqçisi Şenol Günəş yetrimələrinə daha çox müdafiə olunmağı və əks-hücumlara üstünlük verməyi tövsiyə edib. Təəssüf ki, məşqçinin bu planı açkar iflasa uğradı. Parçalanmanı hiss edən italyanlar davamlı olaraq təzyiqi artırdılar və nəticədə bu, rəqibin darmadağın edilməsi ilə nəticələndi.

İsveçrə-Uels, 1 : 1

Bu cütlükdəki rəqiblər təqribən bərabərdirlər. Amma yenə də, isveçrəlilərin bir qədər üstünlüyü süzilirdi. İsveçrə yığması daha səliqəli, taktiki cəhətdən savadlı oyun nümayiş etdirirdi və onun tərkibi Uels yığmasına nisbətən daha balanslaşdırılmış idi. Təkcə Qaret Beylllə, hətta yanında Aaron Remzi olsa belə, elə də oynamaq mümkün deyil. Əslində, oyunun nəticəsi meydandakı vəziyyəti əks etdirirdi. Halbuki, təkrar da olsa, isveçrəlilər daha yaxşı görünürdülər.

İkinci turda türklərə uelslilər üzərində qələbə hökmən lazımdır. Oyun Bakıda keçiriləcək və əminəm ki, türk futbolçuları azarkeşlərin hərarətli dəstəyinin şahidi olacaqlar. Yox əgər türklərin Uels yığması ilə də oyunu alınmasa, o zaman aydın olacaq ki, Şenol Günəş başda olmaqla məşqçilər komandası ciddi səhvlərə yol verib. Lakin ümid edək ki, qardaş ölkənin futbolçuları Bakıda uğurla oynayacaq və özləsinə azarkeşlərin gözündə bəraət alacaqlar.

İtaliya və İsveçrə yığmalarının Romada keçiriləcək görüşünə gəldikdə isə, bu yunda favorti, sözsüz ki, meydan sahibləridir. Lakin isveçrəlilər heç də "döyülməli uşaqlar" deyil və itlayanlar bu oyuna tam ciddiyyəti ilə yanaşmalıdırlar.

"B" qrupu

Danimarka-Finlandiya, 0 : 1

Danimarkalılar ilk oyunda finlərdən daha yaxşı təsir bağışlayırdı. Onlar oyunu daha savadlı qururdular və elə gəlirdi ki, onlar elə bu anlarda uğur qazanacaqlar. Lakin gözlənilməz hadisə baş verdi. Birinci hissənin sonunda komandanın lideri Kristian Eriksen qəflətən huşunu itirərək yerə yıxıldı: oni ürək tutması yıxdı. Erikseni meydandan təcili yardım maşını apardı, oyunu isə təxirə salmaq qərarına gəldilər. Lakin az sonra məlum oldu ki, Kristianın həyatı təhlükədə deyil və hər iki komanda UEFA-ya oyunu davam etdirmək xahişi ilə müraciət etdilər. Oyunun dvam etdirilməsinə icazə verildi, lakin komanda yoldaşlarının xəstəliyindən məyus olmuş danimarkalıların oyunu alınmadı. Finlər isə güclərinin rtdığını hiss etdilər və oyunun 60-cı dəqiqəsində Pohyanpalo oyunda yeganə qolu vurdu. İndi isə danimarkalıları Belçika yığmasına qarşı çox çətin oyun gözləyir. Düşünürəm ki, Lukaku və tərəfdaşları danimarkalıların belçikalılara rpoblem yaratmasına çətin ki imkan versinlər.

Belçika-Rusiya, 3 : 0

Belçikalıların çox yüksək səviyyədə olmasını gözəl bilərək, rusiyalı azarkeşlər yenə də komandalarının AÇ favoritinə qarşı dura biləcəklərinə ümid edirdilər. Alınmadı. Rusiyalı futbolçuların çoxlu texniki səhvləri vardı və açıq demək lazımdır ki, belçikalılar rəqiblərindən bir baş yuxarı idilər. Hesab isə meydandakı vəziyyəti dəqiq əks etdirir. Lukaku dublunu rəsmiləşdirdi, Menye isə daha bir qol vurdu.

Lakin, qeyd edim ki, Rusiya-Finlandiya qarşılaşmasında rusiyalıları favorit hsab edirəm. Onlar yenə də "Suomi"dən daha üstündürlər və əgər finlər nə isə qeyri-adi bir şey etməsələr, rusiyalıları bu maneəni uğurla keçməlidirlər. Ümidvaram ki, Stanislav Çerçesov öz yetirmələrini maksimum dərəcədə bu vacib oyuna kökləyə biləcək, oyunçular isə toparlanaraq öz azarkeşlərini məyus etməməyə qadirdirlər.

"C" qrupu

Avstriya-Şimali Makedoniya, 3 : 1

Avstriya yığması favorit adını doğrultdi və elə 18-ci dəqiqədə Laynerin səyləri ilə ilk qola imza atdı. Lakin 10 dəqiqə sonra makedoniyalı futbol veteranı Qoran Pandev hesabı bərabərləşdirərək oyuna müəyyən intriqa qatdı. Şimali Makedoniya Avropa çempionatlarının debütantıdır və yəqin ki, komandanın AÇ-lərdə ilk qolunu məhz pandevin vurması tamamilə ədalətlidir. Onun komandası kifayət qədər çox davam gətirdi, lakin oyunun ikinci hissəsində avstriyalıların daha yaxşı fiziki hazırlığı özünü büruzə verdi. Rəqibləri aşkar yorulmuşdular və oyunun 78 və 89-cu dəqiqələrində Qreqoriç və Arnautoviç oyunun son hesabını müəyyənləşdirdilər. Avstriyalıların oyunu çox yaxşı təəssürat doğurdu: onların Niderlanda qarşı ikinci turda oyunu çox maraqlı olmalıdır.

Niderland-Ukrayna, 3 : 2

Oyunun birinci hissəsi zanbağlar ölkəsi oyunçularının üstünlüyü ilə keçdi. Onlar səriştəli şəkildə hücum edir, ukraynalıların qapısına yol axtarırdılar. Sonuncular da məğrurcasına müdafiə olunurdu, onların qapıçısı Buşan isə çox gözəl oyun nümayiş etdirirdi. Beləliklə, ilk hissə qolsuz başa çatdı. Lakin ikinci hissədə Niderland oyunçuları altı dəqiqə ərzində Buşanı topu öz qapısından çıxarmağa məcbur etdilər. 52-ci dəqiqdəd Veynaldum, 58-ci dəqiqədə isə Veqorst fərqləndilər. Bunu etdikdən sonra, zənnimcə, "narıncılar"bir qədər sakitləşdilər. Beləliklə, ukraynalıların zamanı gəldi. 75-ci dəqiqdəd təcrübəli yarmolenko fərdi ustalıq hesabına Niderland komandasının torunu gözəl bir qolla silkələdi. Bir vaxtlar "Bavariya"nın və Niderland yığmasının aparıcı hücumçusu Aryen Robben tez-tez bu cür qollar vururdu.

Bu gözəl qoldan cəmi dörd dəqiqə sonra isə, Malinovskinin qapı qarşısına etdiyi asmanı yaremçuk başı ilə qola çevirdi. "Narıncı"lar yenidən hücuma atıldılar və 85-ci dəqiqdə Buşan oyunda yeganə səhvini etdi. Topu meydanın ortasına vurmaq əvəzinə o, komanda yoldaşlarına ümid edərək topu cinaha atdı. Onlar isə topa sahib ola bilmədilər və Dumfrisin vurduğu qolla nəticələndi. Lakin Niderland komandasının qələbəsi kifayət qədər layiqlidir.

Ukraynalıların kifayət qədər yaxşı tərkibi var, ən əsası isə, dünya futbolunun keçmiş ulduzu, hazırda isə Dnepr sahillərində olan milli komandanın baş məşqçisi Şeva yetirmələrini rəqibin nüfuzuna fikir vermədən oynamağa inandıra bilib. Ukraynalılar tərəddüd etmədən "narıncılara" qarşı durdular və düşünürəm ki, ikinci turda Şimali makedoniya komandasına qarşı oyunun favoriti məhz Şevçenkonun yetirmələridir.

"D" qrupu

İngiltərə-Xorvatiya, 1 : 0

Etiraf etməliyım ki, turnir başlanana qədər xorvatların imkanlarına şübhə ilə yanaşırdım. Bəli, onlar vise-çempiondurlar, lakin bütün bunlar keçmişdə qalıb. Gücü tükənməyən Luka Modriçin rəhbərliyi altında yaxşı komandadır, lakin xorvat yöğması kifayət qədər yaşlıdır və düşünürdüm ki, onlar yaxşı oynaya bilməyəcək. Düşündüklərim öz təsdiqini tapdı. Çoxlarının, elə mənim də çempionatın favoriti hesab etdiyim ingilislər iyunun 13-də çox da yaxşı oyun nümayiş etdirmədilər. Qətiyyən. Oyunu təfərrüatları ilə xırdalamayacağam, lakin Dumanlı Albion yöğmasının oyunçuları oyunu batırdılar. Lakin hətta buna baxmayaraq, onlar xorvatlardan güclü çıxdılar. Hahim Sterlinqin vurduğu qol lapyerinə düşdü, çünki, bütün mənfi cəhətlərinə rəğmən onlar Avropa vise-çempionlarından daha yaxşı təsir bağışlayırdı.

Çexiya-Şotlandiya, 2 : 0

Çexlər Avropa çempionatlarında həmişə kifayət qədər inamlı oynayırlar. Elə bu trnirə də onlar kifayət qədər döyüşkən başlayıblar. Qeyd etməliyəm ki, şotlandiyalılar çexlərə qarşı uğurla oynayacaqlarına ümidli idilər. Britaniya təmsilçiləri həqiqətən də pis oynamırdılar, lakin Patrik Şikin vurduğu iki qol onların nikbin gözləntilərinin üstündən xətt çəkdi. Şikin vurduğu ikinci qol futbol həvəskarlarının yaddaşında hələ uzun müddət qalacaq. Qapıçının çox qabağa çıxdığını görərək o, demək olar ki meydanın ortasından topu asma zərbəsi ilə düz rəqiblərin qapısına göndərdi. Britaniyalıların qapıçısı marşall heç nə edə bilmədi. O, qoruduğu qapıya çata bildi, lakin top elə bir trayektoriya ilə uçurdu ki, o sadəcə olaraq toxuna da bilmədi.

Bu qələbsi ilə Çexiya millisi qrupdan qalib ayrılmağa ciddi iddiaslını ortaya qoydu. İkinci turda çexlərxorvatlarla oynayacaqlar, lakin düşünürəm ki, bu oyunda vise-çempionların qələbə şansı daha çoxdur. İngiltərə-Şotlandiya oyununa gəldikdə isə, şotlandiyalıların onlara qarşı nə dərəcədə prinsipial oynadığını bilərək, ingilislər bu britaniyadaxili qarşılaşmanı öz xeyrinə həll etmək üçün oyuna çox ciddi köklənməlidirlər. İngilislərin heyətində yüksək səviyyəli oyunçuların olduğunu nəzərə alaraq, onlar bunu öhdəsindən gəlməyə qadirdirlər.

"E" qrupu

Polşa-Slovakiya, 1 : 2

Bu qrupda, demək olar ki, turnirin ilk gözlənilməz hadisəsi baş verib. Heyətində çoxlu sayda güclü oyunçuların və dövrümüzün ən yaxşı hücumçularından biri Robert Levandovskinin olduğu Polşa komandası çoxlarının "E" qrupunun autsayderi hesab etdiyi Slovakiya millisinə məğlub oldu. Polyaklar çox solğun görünürdülər, slovaklar isə, əksinə, maraqı oyun nümayiş etdirirdilər və bu onları sonda qələbəyə gətirdi. Birinci hissədə Şçesnanın avtoqolu sayəsində slovaklar irəli çıxdı. İkinci hissənin əvvəlində Lineti Rıbusun ötürməsini qola çevirdikdən sonra elə təssürat yarandı ki, polyaklar nəhayət ki, məsələyə ciddi yanaşmağa başladılar. Lakin bu səhv təssürat idi. Rəqibin nüfuzunu gözə almayan slovaklar çox qəşəng oynadılar və oyunun nəbzini tutaraq 69-cu dəqiqdəd Şkrinyarın qolu sayəsində irəli çıxdılar. Oyunu qalan dəqiqələrində polyaklar heç nə edə bilmədilər və bununla da özlərini çətin vəziyyətdə qoydular: axı ikinci turda onlar İspaniya millisi ilə qarşılaşacaqlar. İspanlarisə isə isveçlilərlə heç-heçədən sonra heç də sülhə köklənməyiblər.

İspaniya-İsveç, 0 : 0

Bu oyun gözlənildiyi kimi, ispanların diktəsi altında keçdi. Lakin pirineylilərin topa daha çox nəzarət etmələrinə rəğmən, bu, qolla nəticələnmədi. Rəqibi yuna mərkəzdən başlamağa məcbur etmək üçün xeyli imkan oldu, lakin ispanlar buna nail ola bilmədilər. "Qırmızı ifritə" heç də Xavi və İnyestanın dövründəki komanda deyil: komandanın heyətində yoldaşlarını ardınca apara bilən aşkar pleymeyker yoxdur. Düşünürəm ki, Luis Enrike polyakların onun yetrimələrinə qarşı yalnız qələbə uğrunda oynamağğa məcbur olduqlarını başa düşür və yəqin ki, oyunun taktiki quruluşunda bu amili İspaniyalıların xeyrinə istifadə etməyə çalışacaq.

İsveçlilər də slovaklar üzərində qələbədə maraqlıdırlar, lakin sonuncular polyaklar üzərində qələbədən sonra Skandinaviya təmsilçilərinin qarşısında ciddi maneə olacaqlar.

"F" qrupu

Macarıstan-Portuqaliya, 0 : 3

Budapeştin Ferens Puşkaş arenası ağzına qədər dolu idi və bunun özü artıq çox maraqlı hadisə idi. Axı biz hamımız pandemiya ilə əlaqədar olaraq tribunalarda anşlaq görməkdən yadırğamışıq. Ona görə də, Budapeştdə bu qədər azarkeşi görmək çox xoş idi. Lakin gəlin oyuna qayıdaq.

"F" qrupunu haqlı olaraq "ölüm qrupu" adlandırırlar. Macarlar hazırkı Avropa çempionlarına qarşı meydana çıxmışdılar və birinci hissədə onların bir qədər çəkindikləri hiss olunurdu. Lakin ikinci hissədə, onlar sonrakı turda "Fransa atəşfəşanlıqları"na, üçüncü turda isə "Almaniya maşınına" qarşı oynayacaqlarını dərk edərək, onlar qorxunu bir tərəfə qoyub kifayət qədər açıq futbol oynamağa başladılar. Macarlar yaxşı oynayırdılar və bir anlığa elə təəssürat yarandı ki, sensasiya baş verə bilər. Lakin portuqaliyalılar oyunun sonunda üç qol vurdular. Əvvəlcə 84-cü dəqiqədə Qereyru hesabı açdı, üç dəqiqə sonra isə maarların qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu ki, onu da Kriştianu Ronaldu qola çevirdi. Əlavə vaxtda isə Ronaldu fərdi ustalığı sayəsində Lukaku və Şik kimi dubla imza atdı.

İkinci turda hazırkı Avropa çempionlarını dəfələrlə dünya və qitə çempionu olmuş Almaniya komandası ilə çətin oyun gözləyir.

Fransa-Almaniya, 1 : 0

Fransa komandasının heyəti fantastikdir. Yaşıma görə, mən Raymond Kop və Jüst Fontenn dövründəki komandanı görə bilməmişəm, lakin mən Mişel Platini və mahir Zinəddin Zidanın başçılığı altında komandaları gözəl xatırlayıram.

İndi mənə elə gəlir ki, Fransa komandası tarixində ən güclü heyətlə oynayır. Yığmanın heç bir zəif yeri yoxdur. Bunu elə almanlar da hiss etdilər və və futbol aləmində haqlı nüfuzlarına baxmayaraq, fransızlara qarşı, yumşaq desək, ehtiyatla oynadılar. Fransızlar oyunu məharətləidarə edirdilər və oyunun 20-ci dəqiqəsində Poqba, Ernandes və Mbappe öz hərəkətləri ilə təcrübəli alman müdafiəçisi Hummelsi elə çaıdırdılar ki, o topu öz qapısına fırlatdı.

Fransızlar daha iki qol vurdular: Mbappe çox gözəl bir qol vurdu, daha sonra isə Benzema da topu rəqib qapısına göndərdi. Lakin VAR hər iki halda azacıq oyundan kənar vəziyyət müəyyən etdi və qollar sayılmadı. Buna baxmayaraq, fransızlar çox layiqli qələbə qazandılar və tərifli "alman maşınından" daha yaxşı görünürdülər.

Avropa çempionatının ilk turu bəi nəticələr çıxarmağa, kimin kim olduğunu görməyə imkan verdi. Sözsüz ki, ilk tur qrup mərhələsini adlamağa namizəd olan favoritləri deyil, həm də qitənin ən güclüsü adına şəksiz namizədləri də daha dəqiq müəyyən edib. Lakin, gəlin qabağa qaçmayaq, axı qrupdan qalib çıxmaq uğrunda mübarizə hələ davam edir. Odur ki, ikinci turun oyunlarına maraqla tamaşa edə və hazırkı Avropa çempionatının bizə bəxş etdiyi əla futboldan ləzzət almağa davam edəcəyik.

Xəbər lenti
0