Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Günəş: Futbolda turnirə pis başlayan komandaların qalib olduğu hallar çoxdur

© Powered by UEFA.com Valerio Pennicino - Powered by Getty Images/UEFAШенол Гюнеш
Шенол Гюнеш - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Türk mütəxəssisin fikrincə, Avropa çempionatının qrup mərhələsinin birinci oyununda məğlubiyyət Türkiyə yığmasını pley-offa çıxış şansından məhrub etməyib.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bəyan edib ki, onun komandası turnirə pis başlamasına baxmayaraq, yenə də futbol üzrə Avropa çempionatının A qrupundan çıxa bilər.

Türkiyə yığması iyunun 16-da AVRO-2020-də ikinci oyununa çıxacaq və Uelslə qarşılaşacaq. Start oyununda türklər Romada böyük hesabla İtaliya yığmasına uduzublar - 0:3.

"Biz Uelslə görüşdə həqiqətən nəyə qadir olduğumuzu göstərmək istəyirik. Biz keyfiyyətli futbol nümayiş etdirmək və stadiondan yaxşı nəticə ilə getmək istəyirik, - deyə Günəş mətbuat konfransında bildirib. - Bəzi komandalar turnirə yaxşı başlayırlar, sonra qabağa gedə bilmirlər, bəzi komandaların isə əvvəl problemləri olur, sonra işləri yaxşı gedir. Bu futboldur, belə şeylər olur. İtalyanlarla biz həm nəticə, həm də oyun baxımından qeyri-kafi oynadıq. Buna görə mən də məsuliyyət daşıyıram".

Xəbər lenti
0