İnsinye AVRO-2020-də Türkiyə üzərində qələbə barədə: İtaliyanın gücü komanda ruhundadır

© Alberto Lingria - Pool - Powered by Getty Images/UEFAЛоренцо Инсинье
Лоренцо Инсинье - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Avropa çempionatının start görüşündə İtaliya millisinin qollarından birinin müəllifi komandasının uğurunu şərh edib.

Futbol üzrə İtaliya yığmasının gücü komanda ruhundadır, komandada oyunçuların start və ehtiyat heyət bölgüsü yoxdur, deyə "Skuadra adzurra"nın hücumçusu Lorenso İnsinye bildirib. Onun fikirlərinə UEFA-nın saytında yer verilib.

İtaliya yığması cümə günü AVRO-2020-nin açılış oyununda Romada Türkiyə millisini 3:0 hesabı ilə darmadağın edib. İnsinye İtaliya komandasının üçüncü qolunun müəllifi olub.

"Bizim gücümüz komanda ruhundadır; məşqçi əla kollektiv yaradıb, burada start və ehtiyat heyət oyunçuları bölgüsü yoxdur. Bizim hər birimiz komanda yoldaşlarımızdan ötrü özümüzü qurban verməyə hazırıq. Qələbə ən əsasdır, əgər mən qol vura bildimsə, lap yaxşı. Əla gecə idi", - İnsinye deyib.

"Azarkeşlərimiz qarşısında oynamaq əla idi. Ümid edirik ki, çoxları üçün bu həlledici məqam olacaq və gələcəkdə stadiona daha çox azarkeş gələ biləcək", - hücumçu əlavə edib.

Növbəti turda italyanlar Romada iyunun 16-da isveçrəlilərlə qarşılaşacaqlar, türklər isə həmin gün Bakıda uelslilərlə oynayacaqlar.

"Bu gün bizim günümüz deyildi, - deyə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş bildirib. - Biz topu itirməyə başladıq və irəli gedə bilmirdik. İtaliya daha yaxşı idi, biz daha yaxşı komandaya uduzduq. Bu turnirdir. Qarşıda daha iki oyunumuz var. Əvvəlcə Uelslə oyuna hazırlaşacağıq".

Xəbər lenti
0