AVRO-2020-nin rəsmi mahnısı təqdim olundu - VİDEO

© Powered by UEFA.comПопулярный диджей Мартин Гаррикс
Популярный диджей Мартин Гаррикс - Sputnik Azərbaycan, 1920, 14.05.2021
Abunə olmaq
COVID-19 pandemiyası səbəbindən bir il gec keçirilən futbol üzrə Avropa çempionatının artıq öz mahnısı da var.

BAKI, 14 may - Sputnik. Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, mahnını niderlandlı elektron musiqi prodüseri Martin Qarriks və İrlandiyadan olan “U2 Bono and Edj” rok qrupu ifa edir. Mahnı "We Are The People" (Biz insanlarıq) adlanır. Mahnı artıq Youtube şəbəkəsində paylaşılır.

Koronavirus pandemiyasına görə təxitə salınmış AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Oyunlar Avropanın 11 şəhərində - Bakı, Sankt-Peterburq, Sevilya, Münhen, London, Roma, Kopenhagen, Amsterdam, Budapeşt, Buxarest və Qlazqoda keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəbər lenti
0