AVRO-2020-nin rəsmi musiqiçisi – Martin Qarriks!

© Powered by UEFA.comМартин Гаррикс
Мартин Гаррикс - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyaca məşhur superulduz DJ və prodüser 2020-ci ildə keçiriləcək futbol üzrə UEFA Avropa Çempionatının himn müəllifi olacaq.

Məşhur DJ və prodüser Martin Qarriks UEFA AVRO 2020-nin Rəsmi Musiqiçisi elan olunub. O, turnir himninin müəllifi və ifaçısı olacaq. Bu haqda Niderlandlı sənətçi doğma öz doğma şəhərində keçirilmiş “Amsterdam Dance Event” rəqs festifalı çərçivəsində əlində futbol üzrə Avopa Çempionatının qalibinin qazanacağı Anri Delone Kuboku ilə çıxaraq özü xəbər verib.

Gələn ilin baharında təqdim olunacaq AVRO-2020-nin rəsmi mahnısının ərsəyə gəlməsində Martin Qarrikslə əməkdaşlıq edəcək müğənninin kimliyi hələ ki açıqlanmır. Amma dəqiq məlum olan odur ki, hər iki musiqiçi mahnını iyunun 12-də Romada keçiriləcək açılış mərasimi zamanı ifa edəcək. AVRO-2020 himnindən savayı, 23 yaşlı DJ, həmçinin, turnirin fonunu təşkil edəcək bir sıra digər mahnıların müəllifi olacaq.

“UEFA AVRO-2020 üçün rəsmi mahnının yazılmasının mənə həvalə edilməsi inanılmaz bir şərəfdir. Gələn yay baş tutacaq turnir azarkeşləri bu tədbirə əvvəlkindən daha çox yaxınlaşdıracaq və mən həqiqətən də ümid edirəm ki, mahnım Avropada hər kəsin özünü bu yarışın bir hissəsi kimi hiss etməsinə təkan verəcək”, – deyə Martin Qarriks bildirib.

Futbol üzrə Avropa Çempionatı tarixində ilk dəfə olaraq, turnirin 60 illik yubileyini qeyd etmək məqsədilə UEFA AVRO-2020-nin qitənin 12 şəhərində keçirilməsi qərara alınıb. Gələn yay oyunlara ev sahibliyi edəcək şəhərlər Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur. Bakı Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

“AVRO 2020-nin 12 fərqli şəhərdə keçiriləcəyini düşünmək bəlkə də ağılsızlıq olardı, amma bu turnirin 60 illiyini qeyd etmək üçün bu, elə ən mükəmməl yoldur. Mən həm musiqini çox sevirəm, həm də çılğın futbol azarkeşiyəm. Beləliklə, tarixdə ən nəhəng Avropa Çempionatı üçün rəsmi mahnı müəllifi olmaq şansını qazanmaq mənim üçün olduqca mühüm bir hadisədir” DJ əlavə edib.

Qeyd edək ki, Martin Qarriks 2015-2018 illəri ərzində ardıcıl olaraq dünyanın ən yaxşı DJ-i adını qazanıb. Onun bu sənəti seçməsi də məhz idmanla bağlıdır. 2004-cü ildə Afinada keçirilmiş Yay Olimpiya Oyunlarının açılış mərasimində həmvətəni DJ Tiyestonun çıxışını izləyərək ilhamlanan Qarriks DJ olmağa qərar verib və daha sonra dünya səviyyəsində uğurlar qazanmağa başlayıb.

Xəbər lenti
0