Ginter və Layner AVRO-2020 seçmələrində yığmalarının heyətində olmayacaqlar

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidMattias Ginter
Mattias Ginter - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya və Avstriya milliləri Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları ərəfəsində itki veriblər.

Mönhenqladbax "Borussiya"sının futbolçuları olan avstriyalı Ştefan Layner və alman Mattias Ginter zədə səbəbindən 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarda milli komandalarına kömək edə bilməyəcəklər. Bu barədə klubun saytında məlumat verilir.

Hər iki oyunçu bazar günü Almaniya çempionatında "Auqsburq"a qarşı keçirilmiş oyunda (5:1 "Borussiya" qalib gəlib) zədə alıblar. Ginter çiyni çıxıb və vətərləri zədələnib, Layner isə sol ayaq biləyi qırılıb.

Qeyd olunur ki, futbolçular AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarında milli komandalrının şərəfini qoruya bilməyəcəklər, həmçinin Bundesliqanın yaxın vaxtlarda keçiriləcək görüşlərini buraxacaqlar.

Almaniya millisi oktyabrın 9-da Argentina ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə AVRO-2020-nin seçmə oyunları çərçivəsində səfərdə Estoniya ilə oynayacaq. Avstriya komandası Avropa çempionatının təsnifat görüşləri çərçivəsində oktyabrın 10-da İsrail yığmasını qəbul edəcək, daha sonra isə oktyabrın 13-də səfərdə Sloveniya millisi ilə qarşılaşacaq.

Xəbər lenti
0