Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropada təbii qazın qiyməti "ceyran belinə" qalxdı

© © Iranian Presidency Office via APГазовое хранилище, фото из архива
Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
"Köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, mayeləşdirilmiş təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub.
BAKI, 15 sentyabr — Sputnik. Çərşənbə günü, sentyabrın 15-də Avropada keçirilən ticarət sessiyasında 1000 kubmetr təbii qaz rekord qiymətə – 950 dollara satılıb. Bu barədə Rusiya mediası ICE birjasının məlumatlarına əsasən xəbər yayıb.
Bu gün qiymət birdən-birə 17.27% artıb.
Beləliklə, çərşənbə günü Hollandiyanın TTF hablarında oktyabr ayı üçün qaz əqdlərinin qiyməti 1000 kubmetrə 841,39 dollar təşkil edib. Sonra isə artaraq 950 dollara çatıb.
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, "köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.
Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 810 dollara satılmışdı.
Eləcə də oxuyun:
Avropada təbii qazın qiyməti rekord vurdu
Alternativ enerji istehsalından Azərbaycan nələr qazana bilər? – ekspert şərh edir
Həftənin iqtisadi mənzərəsi: 45 dollara neft və daha üç il COVID-19-la yoldaşıq
Avropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? – ekspert şərhi
Ekspert: “Əfqanıstanın sərvətləri uğrunda rəqabət qızışacaq
Xəbər lenti
0