20:33 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
İQTİSADİYYAT
Qısa URL
19 0 0

Cari əməliyyatlar balansında 1.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0.6 milyard dollarlıq kəsir yaranıb.

BAKI, 14 sentyabr — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.

Sputnik Azərbaycan Mərkəzi Bankın məlumatlarına istinadla xəbər verir ki, cari əməliyyatlar balansında 1.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0.6 milyard dollarlıq kəsir yaranıb, ehtiyat aktivləri 1.3 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 58 dollar/barel olub, qeyri-neft ixracı isə 20% artıb.

Beləliklə, 2021-ci ilin ilk yarısında Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 261,3 mln. dollarlıq profisit (ÜDM-in 5,4%-i) yaranıb. Halbuki ötən ilin eyni dövründə tədiyə balasında 957,5 milyon dollarlıq kəsir yaranmışdı.

Cari əməliyyatlar hesabı

2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1.9 milyard və ya ÜDM-in 8%-ni təşkil edib (2020-ci ilin 6 ayı üzrə 598.2 milyon dollar olub). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40.7% artaraq 4.6 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 1.8% artaraq 2.7 milyard dollar məbləğində olub.

Xarici ticarət balansı

2021-ci ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 13.2 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 6.4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 2.9 milyard dollarlıq kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 3.5 milyard dollar həcmində profisit yaranıb. Hesabat dövründə Azərbaycanın dünyanın 172 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 13.6%-i MDB üzvü olan dövlətlərin, 86.4%-i isə digər xarici dövlətlərin payına düşür.

Qeyd edək ki, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

Əsas mövzular