Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək

© AP Photo / PHIL COALEPambıq yığımı, arxiv şəkli
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edilib.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda 2022-ci ildə salınacaq kivi bağlarına da əlavə olaraq dövlət tərəfindən birdəfəlik subsidiya veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.
O bildirib ki, fermerlərə salacaqları bağlara çəkdikləri xərclərin hər hektarına görə 9 min manat dövlət tərəfindən ödəniləcək.
O qeyd edib ki, əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. İndi isə yalnız məhsul subsidiyası veriləcək. Amma bu subsidiyanın məbləği hər ton üçün artırılıb. Məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, çəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb.
"Pambıq əkən fermerlərlə görüşlərdə bildirilir ki, məhsulun həcmi artırılsa, əkin subsidiyasına ehtiyac qalmayacaq. Yeni qaydalar onların daha çox məhsul istehsal etməsini stimullaşdıracaq", - o əlavə edib.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat müəyyən edilib.
Xəbər lenti
0