CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nefti bahalaşmaqda davam edir

© AFP 2023 / FREDERIC J. BROWNНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
"Azeri Light" nefti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə isə maksimuma yüksələrək 149,66 dollar olub.
 
BAKI, 26 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,49 dollar artaraq 70,61 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 71,98 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar ucuzlaşaraq 67,98 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Xatırladaq ki, avqustun 1-dən etibarən OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Xəbər lenti
0