CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nefti kəskin bahalaşıb

© AFP 2023 / MLADEN ANTONOVСураханское нефтяное месторождение, фото из архива
Сураханское нефтяное месторождение, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Azərbaycan nefti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə isə maksimuma yüksələrək 149,66 dollar olub.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan neftinin dünya bazarında qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2 dollar artaraq 70,12 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,09 dollar azalaraq 70,96 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 67,37 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Həmçinin oxuyun:
Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb
Xəbər lenti
0