Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti kəskin ucuzlaşıb

© AP Photo / Jae C. HongНефтяные качалки, фото из архива
Нефтяные качалки, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
BAKI, 17 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,5 dollar azalaraq 69,52 dollar təşkil edib.
Birjalarda neft qiymətləri ucuzlaşır
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq 69,36 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 67,16 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Həmçinin oxuyun:
Ucuz qaz dövrü bitdi. Qazancımız nə olacaq?
Xəbər lenti
0