00:48 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
28 0 0

Ötən il ərzində qeydə alınan sahibkarların və sahibkar qadınların statistikası açıqlandı, aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və s. özünüməşğulluq proqramına əlavə olundu.

Yola saldığımız həftə Azərbaycanda iqtisadi proseslər baxımından da yaddaqalan olub. Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlığı özündə ehtiva edən, geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdı. Ötən il ərzində qeydə alınan sahibkarların və sahibkar qadınların statistikası açıqlandı, aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması da özünüməşğulluq proqramına əlavə olundu.

Şəntopun səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İkitərəfli görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulanıb.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edilib.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi. Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Oklahoma ştatından gələn qonaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İkitərəfli görüşdə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunulub. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizin ABŞ-nın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olunub.

Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi "yaşıl enerji" və "ağıllı kənd" layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib.

Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulanıb.

Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edilib. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə hədiyyələri təqdim olunub.

Ötən il ərzində qeydə alınan sahibkarların və sahibkar qadınların statistikası açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib ki, 2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb. Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşündə bildirib ki, ötən il ərzində qeydə alınan sahibkarların 9230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkarlardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır.

Aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması da özünüməşğulluq proqramına əlavə olunub

Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib. Məlumata görə, özünüməşğulluq proqramına bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub.

Bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər. Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir. Cari ilin altı ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz.

Yeni qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.

Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoya bilər

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan idxal olunan tərəvəz məhsulları ilə bağlı xəbərdarlıq edib. "Rosselxoznadzor" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda baş tutan görüşün yekunları barədə məlumatda bu barədə bildirib.

Məlumata görə, "Rosselxoznadzor" Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlayıb.

"Rusiya tərəfi xəbərdarlıq edir ki, gələcəkdə ölkəyə idxal olunan bu məhsullarda virus aşkarlanarsa, Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək", - məlumatda deyilir.

"Rosselxoznadzor" azərbaycanlı həmkarlarından hadisənin səbəblərinin öyrənilməsi üçün araşdırma aparılmasını və Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi istəyib.

Bununla yanaşı, "Rosselxoznadzor" Rusiyaya idxal edilən pomidorlarda zərərli viruslar aşkarlanacağı halda, yükü göndərən müəssisələrə qadağa qoyacağını da açıqlayıb.

Rusiya tərəfi bu məqsədlə bu cür hallara yol verməmək üçün AQTA-dən Rusiyaya göndərilən pomidorlara da nəzarəti gücləndirməyi istəyib. Həmçinin qeyd olunub ki, hazırda Azərbaycanın 152 müəssisəsi Rusiyaya pomidor göndərmək hüququna sahibdir.

Qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq

Texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirlər Kabineti tərəfindən bir sıra Qaydalar təsdiq olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.

Yeni qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.

Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq sertifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq setifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı - AZC hərfləri ("Azerbaijan Conformity" Azərbaycan dilinə tərcümədə "Azərbaycan uyğunluğu") ilə təqdim olunur.

Qeyd edək ki, malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

Füzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıb

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, bu müddət ərzində uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağı çıxarılıb, əks dolu işləri aparılıb, konstruksiya lay-lay verilərək tamamlanıb: "Hazırda uçuş-enmə zolağında üst lay deyilən aşınma qatı vurulur. Bunun bir hissəsi tamamlanıb. Digər hissələrdə isə konstruksiyanın alt layının asfalt qatı vurulur. Sükan yoluna asfalt vurulması üçün konstruksiya tələblərinə uyğun olaraq işlər tamamlanıb, yaxın zamanlarda asfalt işlərinə başlanılacaq. Sahəsi 60 min kv.m olan perronda da tamamlanma işləri gedir. Sükan yolunda asfalt işləri bitdikdən sonra paralel perrona da keçəcək. Burada 8 hava gəmisinin dayanması nəzərdə tutulub. Bina və qurğulardan isə terminal binasında işlərin 60-70 faizi tamamlanmaq üzrədir. Metal konstruksiya tam bitib, dam üzlüklə üzlənir. Köməkçi binalar 2 ədəd tutumu 250 kub metr olan, 1 ədəd 500 kub metr olan su rezervləri tam tiklib yoxlanılıb. Müvafiq izolyasiya işləri yerinə yetirilib".

V.Əmiraslanov deyib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 km olan hava xətti çəkilib və sahə daxili 10 kilovoltluq daxili kabellər çəkilib. Uçuşların enməsinin təmin olunması üçün naviqasiya avadanlıqları alınıb quraşdırılıb: "Eyni zamanda, gecə vaxtı hava gəmilərinin uçuş-enmə zolağına enməsini təmin etmək üçün işıq siqnal sistemi quraşdırılıb. İşığın yaxın zamanda tamamlanması gözlənilir. Ümumilikdə işıq siqnal sisteminin 85-90 faizi tam yerinə yetirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının payız aylarında istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Ancaq laboratoriya yoxlamaları sınaq uçuşundan əvvəl avqustun 25-dən sonra həyata keçiriləcək".

Əsas mövzular