18:56 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
21 0 0

Bazar günü, iyulun 18-də OPEC + neft hasilatının həcmi barədə razılığa gələndən sonra bazar ertəsi neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb.

BAKI, 19 iyul – Sputnik. Dünya bazarlarında neftin qiymətinin enmə sürəti artmaqda davam edərək artıq 7%-i ötüb, Brent markasının qiyməti isə mayın 31-dən bəri ilk dəfə barel üçün 69 dollardan da ucuzdur.

Sputnik Azərbaycan bildirir ki, Brent markasının sentyabr fyuçerslərinin qiyməti 6.74% enərək barel üçün 68.63 dollar həddində qərarlaşıb. WTI neftinin sentyabr fyuçersləri 7.46% ucuzlaşaraq barel üçün 66.22 dollara düşüb. WTI-ın avqust fyuçersləri 7.34% ucuzlaşaraq 66.54 dollar/barel olub.

Neft niyə ucuzlaşır?

Bazar günü, iyulun 18-də OPEC + neft hasilatının həcmi barədə razılığa gələndən sonra bazar ertəsi neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. OPEC+ iştirakçıları avqustdan etibarən hər ay neft hasilatını sutkada 400 min barel artırmaq qərarına gəliblər.

Hazırda bu həcm sutkada 5.8 milyon barel təşkil edir. Yeni razılaşma OPEC+ ölkələri üzrə mövcud 5,8 mln. barrel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barrel azaldılmasını nəzərdə tutur.
Məlumata görə, OPEC+ Rusiya ilə Səudiyyə Ərəbistanı üçün 2022-ci il may ayından neft hasilatının məhdudlaşdırılması bazasının sutkada 11.5 milyon barelədək artırılmasını razılaşdırıb.

Bu göstəricilər BƏƏ üçün 330 min, İraq və Küveyt üçün 150 min barel/sutka olacaq.

Bundan əlavə, dünya üzrə koronavirusa yoluxma sayında artım da neftə olan tələbatı aşağı salır.

Eləcə də oxuyun:

Teqlər:
neft, "Brent" markalı neft, ucuzlaşma, OPEC, Koronavirus

Əsas mövzular