10:49 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
25 0 0

Sentyabrın 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 400 AZN olmaqla buğda qəbul ediləcək (keçən il bu, 380 manat olub). Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər.

BAKI, 6 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Sputnik Azərbaycan FHN-in saytına istinadla xəbər verir ki, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru", "Gəncə Taxıl Elevatoru", "Abşeron Taxıl" MMC, "N.Quliyev adına Bakı-Taxıl" ASC, "Muğan" ASC, "Pak-Nur" MMC, "Xırman" MMC, "Azəri-Arapoğlu" US T.LTD BM, "Sarı Sünbül" firması və "Dəvəçi-Dəyirman" MMC vasitəsilə sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 400 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

• buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

• buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

• buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə):

• bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq:

• 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla

• yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)

VI. Şüşəvarilik:

• 3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

X. Digər əlamətlər (göstəricilər) – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir.

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):

• "Səngəçal Taxıl Elevatoru": Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;

• "Gəncə Taxıl Elevatoru": Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;

• "Abşeron Taxıl" MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;

• "N.Quliyev adına Bakı-Taxıl" ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;

• "Muğan" ASC ", Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;

• "Pak-Nur" MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;

• "Xırman" MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;

• " "Azəri-Arapoğlu" US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;

• "Sarı Sünbül" firması, Giləzi, tel: 050-212-29-66; 012-323-77-46

• "Dəvəçi-Dəyirman" MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

• Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilib;

• Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaq.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə "112" qaynar telefon xəttinə müraciət etmək olar.

Qeyd edək ki, Fonddan taxılın istifadəsi fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Fonda taxılın tədarükü Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə dövlət sifarişçisi tərəfindən həyata keçirilir. Dövlət Taxıl Fondu Azərbaycanın mülkiyyətidir və Fondda taxıl saxlanılır.

Əsas mövzular